Mojo.az Banner
23:14 ABŞ İrana qarşı növbəti zərbələr dalğasına başlayıb  |     22:42 Konfrans Liqası: “Zirə” ikinci təsnifat mərhələsinə yüksəlib  |     22:26 Pərvin Lətifovun anası faciəvi şəkildə vəfat etdi  |     21:51 Odessa yaxınlığında həlak olan gəmi kapitanının nəşi tapılıb - XİN  |     21:20 Məlumatlarımız təhlükə altında - Bu trendlər nə üçün yaradılır?  |     21:13 İyulun ortasında şaxta və qar: Meteoroloqlar rekord temperatur qeydə aldı  |     21:08 Flora Kərimovanın səhhəti necədir?  |     21:00 Dövlətə 8 milyon manat borcu olan inşaat şirkəti auditdən yayınır  |     20:55 "Kəpəz"dən yeni transfer  |     20:49 Prokurorluq əməkdaşı intizam tənbeh tədbiri qismində vəzifədən azad olunub  |     20:43 Bakıda 6909 cinayət törədilib  |     20:35 İcra başçısı Qusarda keçirilən antiterror əməliyyatından danışdı  |     20:30 Kəlbəcərdə çaya düşən 11 yaşlı uşağın meyiti tapıldı  |     20:23 Qubada qadını tok vurub öldürdü  |     20:18 Antibiotik vurulan 5 aylıq hamilə qadın öldü - Araşdırma aparılır (YENİLƏNİB)  |     20:09 Naxçıvanda əhalinin sayı artıb  |     20:02 Bu ölkədə uşaq evində yanğın oldu - Ölənlər var  |     19:57 Dövlət Agentliyindən dənizçilərə ÇAĞIRIŞ  |     19:50 Ukraynada yeni Baş nazir təyin olundu  |     19:44 İngiltərənin baş məşqçisi istefaya göndəriləcək?  |    
Left Banner
Right Banner

Saxta Qarabağ əlilləri arasında dava düşdü - VİDEO

18.05.2021 11:41 2 619
Saxta Qarabağ əlilləri arasında dava düşdü - VİDEO
Uzun müddətdir Qarabağ qazilərinin adından istifadə edərək kriminal işlərlə məşğul olan şəbəkənin üzvləri arasında əlbəyaxa dava baş verib.

Hadisə şahidlərinin “Yeni Sabah”a verdiyi xəbərə görə, dava “Motodrom” ərazisində may ayının 14-də baş verib. Qrupun aktiv üzvlərindən olan Hacıyev Məmmədəli İsgəndər oğlu digər əlillər tərəfindən döyülüb.

Redaksiyaya təqdim olunan videoda görünür ki, onu “həmkarlar”ı əsalarla şil-küt edirlər.

Görüntülərdə qrupun “liderlərindən” hesab olunan Sərxan Musayev də görünür.

O və dəstənin digər üzvləri oxuculara Əhmədli metrosunun yaxınlığında, SOCAR-ın ərazisində qanunsuz evlərin tikintisi zamanı baş verən qarşıdurmalardan tanışdır.

Döyülən şəxs Məmmədəli Hacıyev isə bir müddət əvvəl Nərimanov rayonu ərazisində maşınına od vuraraq yandıracağı ilə bağlı aksiya etməsi ilə gündəmə gəlmişdi.

Hadisə şahidlərinin bildirdiyinə görə M.Hacıyevin “silahdaşları” tərəfindən döyülməsinə səbəb araların olan pul haqq-hesabı olub. Konkret olaraq saxta əlillik məsələsi ilə bağlı qrupun əldə etdiyi pulları bölüşdürə bilmədikləri üçün dava baş verib.скачать dle 11.3
Mojo.az Banner