Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

İyulun ortasında şaxta və qar: Meteoroloqlar rekord temperatur qeydə aldı

16.07.2026 21:13 399
İyulun ortasında şaxta və qar: Meteoroloqlar rekord temperatur qeydə aldı
Avropa bu yay isti hava dalğalarından əziyyət çəkdiyi halda, Cənubi Amerikanın cənub ərazilərində onilliklər ərzində müşahidə olunmayan güclü soyuq hava dalğası, rekord aşağı temperatur və qar yağıntıları qeydə alınıb.

Qaynarinfo xəbər verir ki, "Twoja Pogoda” nəşrinin məlumatına görə, əlverişsiz hava şəraiti artıq nəqliyyatda xaosa, xidmətlərin işində problemlərə və regionun kənd təsərrüfatına ciddi ziyana səbəb olub.

Nəşrin məlumatına əsasən, yeni soyuq hava dalğası iyulun 17-dən başlayacaq və bir həftədən çox davam edəcək. Arktik xüsusiyyətlərə malik hava kütləsi Antarktida istiqamətindən daxil olaraq Argentinanın mərkəzi və qismən şimal bölgələrini əhatə edəcək.

Dağlıq ərazilərdə 30–50 santimetr hündürlüyündə yeni qar örtüyünün yaranacağı proqnozlaşdırılır.

Məqalə müəllifləri qeyd edirlər ki, soyuq hava qitənin daxili hissələrinə doğru irəlilədikcə temperatur iqlim normasından daha çox kənara çıxır.

Artıq iyulun əvvəlində Argentinanın Mar-del-Plata şəhərinə qar yağıb. Bu hadisə yerli sakinlərin onilliklər ərzində görmədiyi nadir təbiət hadisəsi olub.

"Gənc sakinlər ağ qar örtüyünü həyatlarında ilk dəfə görüblər, çünki bu ərazidə 22 il idi ki, qar yağmırdı”, deyə nəşr yazır.

Qeyri-adi hava şəraiti ciddi çətinliklər yaradıb. Qış təkərlərindən istifadə ənənəsinin olmaması səbəbindən yollar faktiki olaraq iflic vəziyyətinə düşüb. Xəstəxanalara sürüşkən səkilərdə yıxılaraq xəsarət alan çoxsaylı insanlar müraciət edib.

Nəşrin məlumatına görə, kommunal xidmətlər qarın təmizlənməsinə çatdırmayıb.

Bununla yanaşı, Argentina hakimiyyəti ölkənin 18 əyalətində, eləcə də təxminən 30 şəhərdə həddindən artıq aşağı temperaturla bağlı xəbərdarlıq elan edib. Ən soyuq bölgələrdə temperatur mənfi 15 dərəcəyə qədər enib.

Məqalə müəllifi xatırladır ki, iyunun sonunda baş vermiş əvvəlki soyuq hava dalğası Braziliyanın cənubuna da çatmışdı. Uruqvay və Paraqvayda isə orta temperatur uzunmüddətli göstəricilərdən bir neçə dərəcə aşağı olub.

Bu ərazilər üçün qeyri-adi olan şaxtalar kənd təsərrüfatı bitkilərinə ciddi ziyan vurub.

Hava anomaliyası xüsusilə Braziliyanın San-Paulu şəhərində nəzərə çarpıb. Nəşrin məlumatına görə, hətta günün ən isti vaxtında belə temperatur 13,5 dərəcəni keçməyib. Bu göstərici son 30 il ərzində müşahidə olunmayıb.

Son xəbərlər