Mojo.az Banner
22:55 Bu minib-düşmə yeri" sürücülərə problem yaradır - Video  |     22:53 Sinif yoldaşını yandıran şagird spirti termosa töküb gətiribmiş - YENİ DETALLAR - Video  |     22:48 ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib  |     22:32 “Zirə” Azərbaycan kubokunun finalına yüksəldi  |     22:15 Latviya Prezidenti Azərbaycana gəldi  |     22:10 Yol təsərrüfatında milyonluq uyğunsuzluq: Rəsmi hesabat yayımlandı  |     22:07 "Oskar" mükafatlı rejissor vəfat etdi  |     22:04 Bakı metrosunda daha bir insident: Ölən var  |     21:53 Məktəblərdə "Son zəng"in keçiriləcəyi tarix açıqlandı  |     21:48 Azərbaycanın pambıq ixrac və idxalı artdı  |     21:40 Gürcüstan hökumətində dəyişiklik oldu - Yeni nazirlər  |     21:34 Bakı metrosunun stansiya rəisi öldü  |     21:29 Metrodakı hadisəyə görə 2 nəfər xəstəxanaya yerləşdirildi - 9 nəfər isə...  |     21:24 Aprel ayının pensiya ödənişləri yekunlaşdırılıb  |     21:16 Bakıda təhdid xarakterli paylaşımlar edən məktəbli saxlanıldı  |     21:11 Suraxanıda məktəbdə dərs dayandırılıb? - AÇIQLAMA  |     21:03 Bu ilin 3 ayı ərzində baş verən cinayətlərin 90,1 faizi açılıb  |     20:57 Plastik qabların insan sağlamlığına təsiri nələrdən ibarətdir?  |     20:51 Tikinti şirkətindən 25 min manatlıq oğurluq edilib  |     20:44 Azərbaycanda daha 12 nəqliyyat vasitəsi hərraca çıxarılacaq  |    
Left Banner
Right Banner

Axşamın ŞAD xəbəri- Buna hamı sevinəcək, pulsuz olacaq...- RƏSMİ

15.05.2021 21:40 960
Axşamın ŞAD xəbəri- Buna hamı sevinəcək, pulsuz olacaq...- RƏSMİ
"Ölkəmizin şimal bölgəsində pilot layihə kimi icbari tibbi sığortanın icrasına başladıq və hazırda 23 rayonda tibbi sığorta tətbiqi davam etdirilir. Türkiyənin tibbi sığorta sahəsi ilə sıx əməkdaşlıq və məlumat mübadiləsi etdik. Yola belə başladıq".

Median.Az
"qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu TƏBİB sədri Ramin Bayramlı "Anadolu" agentliyinə Prezident İlham Əliyevin tapşırığı ilə TƏBİB tərəfindən tətbiq ediləcək tibbi sığorta sistemi barədə danışarkən bildirib.

O qeyd edib ki, icbari tibbi sığorta sistemini tətbiq etmək üçün ölkədəki təxminən 3500 xəstəxana TƏBİB-in tabeliyinə verilib. Xəstəxanaların bu sistemin tələblərinə uyğun olması üçün islahatlara başlanılıb.

R. Bayramlı vurğulayıb ki, əslində icbari tibbi sığorta 2020-ci ildə tətbiq olunmalı idi, ancaq epidemiya onu təxirə saldı:

"Epidemiyanın yaratdığı problemlərin əksəriyyətini geridə buraxdıq və epidemiya ilə mübarizə təcrübəsi qazandıq. Buna görə də növbəti dövrdə heç bir gecikmə yoxdur. 1 yanvar 2021-ci il tarixindən etibarən tibbi sığorta sistemi Bakı xaric bütün ölkədə tətbiq ediləcək. 2021-ci il aprelin 1-dən isə bu layihə Bakı və ətraf qəsəbələrdə həyata keçiriləcək. Bununla da, bütün ölkədə icbari tibbi sığorta tətbiq olunacaq".

R. Bayramlı bildirib ki, tibbi sığorta mövcud tibbi xidmətlərin əksəriyyətini əhatə edəcək: "Vətəndaşlarımız ölkənin bütün bölgələrində tibbi xidmətlər ala biləcəklər. Tibbi xidmət onlar üçün əlçatan və tamamilə pulsuz olacaq".скачать dle 11.3
Mojo.az Banner