Mojo.az Banner
15:55 Lavrov üçtərəfli razılaşmalardan danışdı  |     15:53 ABŞ-nin Bakıdakı səfirliyindən azərbaycanlılara viza ilə bağlı müraciət - FOTO  |     15:37 Ali Məhkəmə keçmiş vəkillə bağlı qərar verdi  |     15:35 İcra başçısı özünə birinci müavin təyin etdi  |     15:22 Puqaçova ictimaiyyətdən uzaqlaşdı  |     14:17 Müəllimlər məzuniyyəti bu şərtlərlə alacaqlar - QAYDALAR  |     14:05 Mehdiabadda qanunsuz fəaliyyət göstərən kolbasa sexi aşkarlandı  |     13:54 Bako Saakyana hökm oxundu  |     13:37 Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib  |     13:33 Ağcabədidə yeddi yaşlı oğlan bıçaqlandı: Saxlanılan var  |     13:11 Levon Mnatsakanyan ömürlük azadlıqdan məhrum edildi  |     12:55 Sabah Bakıda yağış yağacaq  |     12:45 Azərbaycanda baş memar işdən çıxarıldı  |     12:38 Arayik Arutyunyan və digərlərinə hökm oxunur  |     12:11 Xalq artisti müalicə xərclərini dövlət ödəyir  |     12:08 Aqşin Fatehin restoranında saxta alkoqollu içkilər aşkarlandı (FOTO)  |     12:00 ABŞ-nin nümayəndə heyəti TRIPP layihəsinin icrası üçün Ermənistana gəlib  |     11:49 Dövlət Gömrük Komitəsinin Akademiyasının nizamnaməsi dəyişdirilir  |     11:42 Yer kürəsində planetar maqnit qasırğaları başlayıb  |     11:33 Ucarda arvadını öldürən şəxslə bağlı qərar ləğv edildi  |    
Left Banner
Right Banner

Azərbaycan bayrağı ABŞ-da ucaldılacaq

12.05.2021 16:54 1 803
Azərbaycan bayrağı ABŞ-da ucaldılacaq
“ABŞ-ın Nyu-York şəhərində Azərbaycanın dövlət bayrağı ucaldılacaq”.

Bunu Oxu.Az-a açıqlamasında ABŞ-da fəaliyyət göstərən Azərbaycan-Nyu York Assosiasiyasının rəhbəri Ercan Yerdələnli bildirib.

O qeyd edib ki, ABŞ-da Azərbaycanın dövlət bayrağının ucaldılması 28 May - Respublika Günü münasibətilədir:

“Mayın 28-də Nyu York saatı ilə saat 15:00-da Azərbaycan bayrağı şəhərin “Wall Street”də yerləşən “Bowling Green” parkında nəhəng bayraq dirəyindən asılacaq. Həmin küçə turistlərin ən çox ziyarət etdiyi yerlərdən biridir”.

O qeyd edib ki, Azərbaycan bayrağı 10 gün müddətində həmin yerdə ABŞ-ın dövlət bayrağı ilə bərabər dalğalanacaq.

Assosiasiyanın rəhbəri əlavə edib ki, Azərbaycan bayrağı asıldıqdan sonra tədbir təşkil olunacaq:

“Həmin gün milli geyimlər geyiniləcək və tədbirimiz Nyu York saatı ilə saat 17:00-dan sonra “Times Square”da davam etdiriləcək”.скачать dle 11.3