Mojo.az Banner
16:47 Növbəti üç gündə yağıntılı hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     16:44 Bakı ilə Naxçıvan arasında bir sıra təyyarə reysləri TƏXİRƏ SALINDI - SƏBƏB  |     16:42 Rafael Lean "Qalatasaray"da nə qədər qazanacaq? - Müqavilənin detalları  |     16:22 Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb - VİDEO  |     15:57 Füzulidə atdan yıxılan uşaq xəstəxanada öldü  |     15:50 Lənkəranda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs olundu  |     15:33 Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra öldü  |     15:27 Tərtərdə 65 yaşlı kişi kanalda boğuldu  |     15:09 Misli Premyer Liqası: III tura bu gün iki oyunla start verilir  |     14:17 Məktəblilərdə onurğa problemləri: Yanlış oturuş cərrahi müdaxiləyə səbəb ola bilər  |     14:08 İsmayıllıda kənd məktəbləri bağlandı: Şagirdlərin aqibəti necə olacaq? - Video  |     13:58 Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür  |     13:57 Putinlə Ərdoğanın görüşünün vaxtı məlum oldu  |     13:48 Bakı və Abşeronda 20-dən çox marşrutun hərəkət istiqaməti dəyişdirilib - SƏBƏB  |     13:44 Bəzi yerlərə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA  |     13:39 Mingəçevir su anbarında batan balıqçının meyiti tapıldı  |     13:23 Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatları aşkar ediblər  |     13:21 Cəlilabadda QƏZA: Avtomobil kanala düşdü  |     13:19 Beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı - VİDEO  |     13:16 Bakıda fərdi yaşayış evi yandı  |    
Left Banner
Right Banner

Millimizin üzvü olimpiadaya lisenziya üçün erməni ilə yarışacaq

11.05.2021 16:59 2 193
Millimizin üzvü olimpiadaya lisenziya üçün erməni ilə yarışacaq
Mayın 12-də Macarıstanın Seqed şəhərində kayak və kanoe üzrə Avropa Olimpiya Təsnifat Turniri və II Dünya Kuboku start götürəcək.

"Report"un məlumatına görə, beş gün davam edəcək yarışda Azərbaycan kanoeçi Malxaz Çinçaraşvili ilə təmsil olunacaq. 24 yaşlı idmançı 1 nəfərlik qayıqla həm 1000 metr, həm də 200 metr məsafəyə yürüşlərə qatılacaq.

Olimpiya lisenziyalı turnirdə o, seçmə mərhələdə Ara Vrabyan (Ermənistan), Vadim Korobov (Litva), İlya Ştokalov (Rusiya), Maksim Petrov (Belarus), Angel Kodinov (Bolqarıstan), Zaza Nadiradze (Gürcüstan) və Sergey Tarnovski (Moldova) ilə mübarizə aparacaq. İlk "3-lüy"ə düşənlər yarımfinala yüksələcəklər.

Növbəti mərhələdən finala yüksəlmək üçün də yeni "3-lüy"ə düşmək lazımdır. Seçmə və yarımfinal mərhələləri ilk yarış günündə, finallar isə ertəsi gün olacaq. Tokio Yay Olimpiya Oyunlarına lisenziyaları ilk 2 yerdən birini tutanlar qazanacaq.

Mayın 14-də Çinçaraşvili Dünya Kubokunda 1000 metr, mayın 15-də 500 metr məsafələrə yürüşlərə qatılacaq. 1000 metr məsafəyə finallar mayın 15-də, 500 metr məsafəyə həlledici yürüş isə mayın 16-da olacaq.
скачать dle 11.3
Mojo.az Banner