Mojo.az Banner
14:56 Putin Netanyahu ilə söhbətindən sonra Pezeşkiana zəng edib  |     14:47 "OpenAI" ayrıca tərcümə xidməti olan "ChatGPT Translate"i işə saldı - Azərbaycan dili varmı?  |     14:46 Xulio İqlesias cinsi təcavüz ittihamlarına ilk dəfə cavab verdi  |     14:43 "Qarabağ" Xorvatiya klubuna qalib gəldi  |     14:40 Yüksəkvəzifəli şəxsin köməkçisi kimi təqdim olundu: İş adamının yarım milyon manatını mənimsədi  |     13:31 Polis Tovuzda külli miqdarda narkotiki satmaq istəyən şəxsləri saxladı  |     13:09 Azərbaycanda orta aylıq əməkhaqqı artıb  |     13:05 Venesuelanın yeni lideri ABŞ-ni tənqid etdi, Trampın adını isə çəkmədi  |     12:44 İmişlidə çörək emalı müəssisəsinin fəaliyyəti müvəqqəti dayandırıldı  |     12:31 Yük avtomobili ilə motosiklet toqquşdu, Rusiya vətəndaşı öldü  |     12:16 Bu şəxslər metroda əlavə pul ödəyəcək  |     12:07 "Dağlılar Balıq" restoranının fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB  |     11:54 Tanınmış xanəndə Qəzənfər Abbasov İrandan Bakıya gələrkən hava limanında SAXLANILDI  |     11:52 Rusiyaya gələn miqrantlardan tibbi müayinədən keçmək tələb oluna bilər  |     11:37 Azərbaycan Nəşriyyatı istismarını dayandırır - Tarix AÇIQLANDI  |     11:28 Bakının bu ərazilərində heç vaxt kanalizasiya olmayıb  |     11:14 Abşeronda 45 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb  |     11:03 Məhkəmə zarafata görə məktəblinin çənəsini sındıran yeniyetmə ilə bağlı qərar çıxardı  |     23:01 Bakıda satılan İran malları bahalaşdı - Yeni qiymətlər  |     22:54 Azərbaycanlı alim ABŞ-dən deportasiya edilir  |    
Left Banner
Right Banner

İnterpol xətti ilə axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib

11.05.2021 14:26 921
İnterpol xətti ilə axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
Baş Prokurorluq tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Ukrayna Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya edilməsi barədə sorğu edilib.

Baş Prokurorluqdan "Report"a verilən məlumata görə, Şamaxı rayon polis şöbəsinin istintaq bölməsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Ömərzadə Zahid Xandadaş oğlunun – 2014-2015-ci illər ərzində ayrı-ayrı şəxsləri müxtəlif işlərə düzəltmək adı ilə onlardan xeyli miqdarda pul vəsaitini alaraq etibarlarından sui-istifadə edib aldatma yolu ilə dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Zahid Ömərzadə barəsində beynəlxalq axtarış elan edilib.

Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Ukrayna Baş Prokurorluğuna etdiyi sorğu təmin edilməklə Zahid Ömərzadə 11.05.2021-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.скачать dle 11.3