Azərbaycanda 90 yaşdan yuxarı olan üç koronavirus xəstəsi sağalıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Azərbaycanda 90 yaşdan yuxarı olan üç koronavirus xəstəsi sağalıb

Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş və yaşı 90-dan artıq olan üç nəfər sağalıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin müəllimi, cərrah Rauf Qasımov deyib. O bildirib ki, həmin şəxslərin 92, 94 və 95 yaşı olub:

“Yaşla əlaqəli xəstəlik müxtəlif formalarda keçə bilər. Bəzən elə hallar olur ki, bu, gənclərdə ağır formada, yaşlılarda isə yüngül olur. Qeyd edim ki, hər üç ahıl pasiyentimiz sağalıb və evə buraxılıb. 95 yaşlı pasiyent də COVID-19-u nisbətən yüngül keçirib. Çünki onun yanaşı xəstəlikləri yox idi. Oksigenə tələbatı yaransa da, ağırlaşmadan xəstəlikdən sağaldı. Digər iki xəstədə oksigen tələbatı yüksək oldu və uzun müddət klinikada müalicə aldılar. Əsas odur ki, onlar sağalaraq evlərinə getdilər”.

R.Qasımov deyib ki, yaşlı insanlar arasında kifayət qədər ölüm halları olub:

“Çünki yanaşı xəstəliklər səbəbindən yaşlı insanların orqanizminin müqaviməti zəifləyir. Odur ki, belə insanları xəstəliklərdən qorumaq lazımdır”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            342 30.04.21 18:01