Tailand mayın 1-dən turistlər üçün 14 günlük karantin tətbiq edəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Tailand mayın 1-dən turistlər üçün 14 günlük karantin tətbiq edəcək

Tailand hökuməti ölkədə koronavirusa yoluxanların sayının artması fonunda mayın 1-dən etibarən ölkəyə gələnlər üçün ikihəftəlik karantini bərpa edir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı xüsusi brifinqdə krallığın Xarici İşlər Nazirliyinin mətbuat katibinin müavini Natapanu Nopakun bildirib.

“Eyni zamanda, ölkəyə giriş icazəsini mayın 1-dən əvvəl almış və mayın 6-dək gələn insanlar peyvənd olunub-olunmamalarından asılı olaraq, 7-10 günlük qısaldılmış təcrid dövründən faydalana biləcəklər. Bundan sonra milliyyətindən və aşılanıb-aşılanmamasından asılı olmayaraq, hamı 14 günlük karantindən keçəcək”, - o deyib.

Bundan əlavə, müalicə və ya üç dəfə aparılacaq koronavirus testlərindən keçmək istisna olmaqla, nömrələrdən çıxmaq yenə qadağan olacaq.

Bununla birlikdə, Banqkok, eləcə də Çonburi, Çinaqmay, Nonthaburi, Pathumthani və Samutprakan əyalətləri artıq “tünd qırmızı” zonalar olaraq təyin edilib və bu bölgələrdə çox sayda yoluxma səbəbi ilə maksimum nəzarət olacaq. “Qırmızı” zonaya 45, “narıncı”ya isə 26 əyalət daxil edilib.

Ölkə daxilində çölə çıxarkən qoruyucu tibbi maskalar taxmaq məcburidir, bütün əyləncə məkanları və məktəblər isə bağlı qalır. Komendant saatı yoxdur, lakin bir neçə əyalətdə sakinlərə axşam saatlarında evlərindən çıxmamaq tövsiyə olunur.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            477 29.04.21 21:15