“Ford” elektromobil batareyaları istehsalı ilə məşğul olacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |     13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |     12:08 Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu  |     12:06 Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı  |     12:03 Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - DOSYE (FOTO)  |     12:00 Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT  |     11:59 Hindistan yükləri Azərbaycan ərazisindən istifadə edərək daşıyacaq  |     11:58 Bakıda sahibsiz itlərin hücumuna məruz qalan yeniyetmənin vəziyyəti AÇIQLANDI  |     11:57 Sabah Şuşaya növbəti köç olacaq  |     11:56 Qarabağ Universitetinə qəbul planı təsdiqlənib  |     11:55 “Smart Customs” tətbiqində problem yaşanır - FOTO  |    

“Ford” elektromobil batareyaları istehsalı ilə məşğul olacaq

ABŞ-ın “Ford Motor Co.” şirkəti elektromobilləri üçün batareyaları özü hazırlamaq niyyətində olan avtomobil istehsalçılarına qoşulub.

Bu barədə “The Wall Street Journal” məlumat verib.

Şirkət gələn il Miçiqan ştatının cənub-şərqində litium-ion akkumlyatorlarının hazırlanması üzrə 185 milyon dollarlıq mərkəz açmaq niyyətindədir. Baş mühəndis Hau Tai Tanqın sözlərinə görə, “Ford” yekunda elektromobil batareyalarını özü sərbəst şəkildə istehsal etmək niyyətindədir.

Akkumlyator batareyaları bu gün elektrikli nəqliyyat vasitələrinin ən bahalı hissəsidir. “The Wall Street Journal” qeyd edir ki, batareyalar ümumi dəyərin azı dörddə birini təşkil edir, akkumlyator batareyaları istehsalı müəssisələri isə böyük investisiyalar tələb edir.

İndi “Ford” batareyaları kənar təchizatçılardan alır. Məsələn, ABŞ-da məşhur olan “F-150” pikapının gələn il satışa çıxarılacaq elektrikli versiyasında Koreyanın “SK Innovation Co.” şirkətinin akkumlyatorlarından istifadə olunacaq.

Xatırladaq ki, “Volkswagen Group” Avropada akkumlyatorla işləyən altı “nəhəng fabrik” açmağı planlaşdırır. Fabrikin tam işə salınmasından sonra ümumi enerji gücü ildə 240 GVt/saat olan akkumlyator elementlərinin istehsal edilməsi gözlənilir.

ABŞ-ın avtomobil nəhəngi “General Motors” keçən payızda elektrikli nəqliyyat vasitələrinin qiymətini benzinlə işləyən oxşarlarının səviyyəsinə endirə biləcək batareya istehsalına yaxın olduğunu söyləyib.

Eyni zamanda, BMW şirkəti elektrikli avtomobil akkumlyatorlarını özü istehsal etməyi planlaşdırmadığını açıqlayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            735 28.04.21 20:00