20 yaşlı qadın intihar etdi: Atası razı olsa da, anası boşanmasına qarşı çıxıb - TƏFƏRRÜAT » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:53 FIFA Türkiyə klubuna ağır cəza verdi  |     13:23 Sabah yenə yağış yağacaq - PROQNOZ  |     13:22 XİN rəhbəri: Azərbaycan Malta ilə ikitərəfli əməkdaşlığı genişləndirməyə hazırdır  |     13:13 Ukrayna Xarkovdan minlərlə insanı təxliyə etdi: Rusiya bölgədə irəliləyir  |     12:48 Azərbaycan iqtisadiyyatı 4 % artıb  |     12:46 Türk konsulu qətlə yetirən ASALA terrorçusu İrəvanda saxlanılıb - VİDEO  |     12:38 Hindistanda reklam lövhəsinin uçması nəticəsində ölənlərin sayı artdı  |     12:38 Azərbaycan XİN İsraili təbrik etdi  |     12:35 UEFA qərar verdi: Futbolda yeni qaydalar tətbiq olunacaq  |     12:35 Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib  |     12:34 Elşad Hacıyev: “Kibertalama riskləri artır, hər kəs diqqətli olmalıdır”  |     12:33 Dövlət Departamenti Azərbaycan və Ermənistanın tez bir zamanda sülh razılaşmasına nail olmasını dəstəkləyir  |     12:30 Bakıda sürücü ilə sərnişinlər arasında pandus mübahisəsi - RƏSMİ AÇIQLAMA (VİDEO)  |     12:25 Minimum əməkhaqqı nə qədər arta bilər? - AÇIQLAMA  |     12:24 Oğuzda 14 kəndin internet təminatı kəsildi - SƏBƏB  |     12:02 Çörəyin içərisindən taxta parçası ÇIXDI: Zavod CƏZALANDIRILDI - RƏSMİ  |     12:00 Göyçayda sel: Çay yatağı zibillə dolub-daşdı - VİDEO  |     11:59 Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK  |     11:57 Təhsil kreditləri alanların siyahısı genişləndirildi - YENİLİK  |     11:55 Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı QƏRAR  |    

20 yaşlı qadın intihar etdi: Atası razı olsa da, anası boşanmasına qarşı çıxıb - TƏFƏRRÜAT

Sabirabad rayonunda intihar hadisəsi baş verib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Rayonun Cavad kənd sakini, 2001-ci il təvəllüdlü Səmayə Zeynalova özünü yaşadığı evin həyətindəki nar ağacından asıb.

S.Zeynalovanın 1 yaşlı oğlu var.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə bildirib ki, qız boşanmaq istəsə də, anası buna razı olmayıb:

“Qız ailəli olduğu dövrdə valideynlərinə həyat yoldaşı, qayınatası, qayınanasının ona mənəvi, psixoloji işgəncə verdiklərini və onu bezdirib intihar həddinə çatdırdıqlarından dəfələrlə şikayət edib, boşanmaq istəyib.

Qızın atası onun boşanmasına razılıq verib, amma anası qəti etiraz edib. “Getmisən, dolan, otur, boşanma” deyib. Yeri gəlmişkən, qızın anası ilə oğlanın anası əmiqızlarıdır”.

Qeyd edək ki, Sabirabad rayon prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddə ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 101 26.04.21 12:16