Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:56 Bir milyon manat mənimsəmədə ittiham olunan Raqif Abbasovun məhkəməsində hakim vəkilə xəbərdarlıq etdi | 17:51 Sabiq şöbə rəisinə yüksək vəzifə verildi | 17:44 Paşinyan Antalyada Azərbaycan mahnısının sədaları altında qarşılandı - VİDEO | 17:36 Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq | 17:08 Əcnəbilərin Azərbaycanda işləməsi və yaşaması ilə bağlı YENİLİK | 17:04 Dövlət komitəsinin sədri Gürcüstan səfiri ilə görüşüb | 16:57 Kafeni yandırıb ölümə səbəb olan şəxsin məhkəməsində zərərçəkən: "Ayaqlarım dizə qədər yanmışdı" | 16:50 DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq | 16:19 Ərdoğan Azərbaycana təşəkkür edib | 16:14 Azərbaycanlı bloqer Ermənistana buraxılmadı - Video | 16:12 İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib - FOTO | 16:08 Bayramdan sonra iş rejiminə qayıtmaq: Adaptasiya dövrünü necə asanlaşdıraq? | 15:50 Azərbaycanın təşəbbüsü BMT-də qəbul edildi | 15:42 Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun - Təklif | 15:39 Azərbaycanda yeni iş modeli tətbiq oluna bilər | 15:38 Minimum əməkhaqqının artırılması üçün ilk addım atıldı | 14:28 İrəvanda Azərbaycan əsgəri Koçaryanla qonşu kamerada saxlanılır | 14:26 İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı | 14:15 Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü | 14:14 20 Yanvardakı tıxaclar azala bilər: Yeni yolun üstünlükləri |
Mojo.az Avto
Mojo.az Avto

"Moody’s" Azərbaycan Beynəlxalq Bankının reytinqini yüksəltdi

13.04.2021 21:03 1 638
"Moody’s" beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxıb.

"Report" ABB-yə istinadən xəbər verir ki, agentlik Bankın reytinq proqnozlarını yaxşılaşdıraraq "Stabil"dən "Pozitiv"ə dəyişib.

Bankın kredit ödəmə qabiliyyəti reytinqi də bir pillə yüksələrək "b3"dən "b2"də qərarlaşıb. Bankın uzunmüddətli depozit reytinqi isə "B1" səviyyəsində saxlanıb.

"Moody’s" analitiklərinin Bankın reytinq proqnozlarını pozitiv qiymətləndirməsi Azərbaycanın ölkə reytinqinin gələcəyinə pozitiv baxışlardan irəli gəlir. Kredit ödəmə qabiliyyəti reytinqinin bir pillə irəliləməsində isə Bankın yüksək gəlirliliyi və kapital adekvatlığı səviyyəsi mühüm rol oynayıb. Bu, Agentlik ekspertlərinin şərhində də xüsusi vurğulanır. Qeyd edilir ki, pandemiya şəraitinin iqtisadiyyat üçün yaratdığı çətinliklərə baxmayaraq, Bank yüksək gəlirliliyini və kapital mövqeyini qoruya bilib.

Bankın kapital adekvatlığı əmsalı hazırda tənzimləyicinin müəyyən etdiyi normadan bir neçə dəfə çox - 33,3 % səviyyəsindədir. Bu da gələcəkdə yarana biləcək hər hansı risklərin qarşısının alınmasına imkan yaradır.

Azərbaycan Beynəlxalq Bankının yerli və xarici valyutada qısamüddətli depozit reytinqinin "B1" səviyyəsində olması da Bankın kredit qabiliyyətinin inkişafını əks etdirir.

"Moody’s" Azərbaycan Beynəlxalq Bankının depozit reytinqinə hökumət dəstəyini də yüksək səviyyədə dəyərləndirir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalıməhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook" səhifəsindən əldə etmək olar.

Son xəbərlər