Mojo.az Banner
20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |     20:43 Rusiyanın vurduğu evdən uşaq cəsədi çıxarıldı  |     20:35 ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi  |     20:31 İran səfiri Gürcüstan XİN-ə çağırılıb  |     20:24 "Turan Tovuz" - "İmişli" oyununun yeri dəyişdirildi - Səbəb  |     20:13 Erkən evliliklə bağlı yeni qərar  |     20:04 Bakıda 20-dək bina söküləcək: Küçələrin adları və kompensasiya məbləğləri açıqlandı  |     19:58 Azərbaycanda qadın hərbçilərlə bağlı YENİ QƏRAR: Müddət kəskin azaldıldı  |     19:50 Toyuq filesi marketlərdə niyə YOXA ÇIXIB?  |     19:29 Kamran Əliyev Rusiyada bir sıra görüşlər keçirdi - MÜHÜM RAZILAŞMA  |     19:12 Sabah bir sıra rayonlarda QAZ OLMAYACAQ  |     19:11 Zal Yusifovun oğlu yenidən MƏHKƏMƏ QARŞISINDA: Kimin ifadələri dinlənildi?  |     18:51 Azərbaycanın yeni hərbi robotları nümayiş etdirildi  |     18:38 Azərbaycanda hava KƏSKİN DƏYİŞƏCƏK: Yağış, dolu, qar və sel gözlənilir - XƏBƏRDARLIQ  |     18:05 Həkimi döydü, xadimənin sümüyünü sındırdı  |     17:50 Deputatların pensiyaları ilə bağlı YENİ QAYDA  |     17:29 Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO  |     17:24 İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR (Yenilənib)  |     17:20 Bakıda elektron qəlyana görə adam öldürməyə cəhd edən yeniyetməyə HÖKM OXUNDU  |    
Mojo.az Avto
Mojo.az Avto

"Fitch" Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxıb

24.05.2019 22:50 2 093
"Fitch" Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxıb. Bankın uzunmüddətli defolt reytinqi (IDR) Sabit proqnozdan Pozitiv proqnoza dəyişdirilməklə “B-” səviyyəsində təsdiqlənib.

Median.Az
-ın banka istinadən verdiyi məlumata görə, "Fitch" hesab edir ki, növbəti 12 ay ərzində Azərbaycan Beynəlxalq Bankının kredit profili daha da yaxşılaşacaq. Agentliyin rəyinə görə, bankın uzun və qısamüddətli IDR reytinqləri, həmçinin dayanıqlılıq reytinqi bankın aktivlərinin aşağı risk səviyyəsində olmasını, yüksək likvidliyini və gəlirliliyinin artmasını əks etdirir.

Açıqlamada o da göstərilir ki, 2018-ci ilin nəticələrinə görə bankın kredit portfeli 9% artmışdır. Agentlik ekspertlərinin fikrincə, yeni Strateji Planı üzərində işi başa çatdırıldıqdan sonra bankın kredit portfelinin artımı daha sürətlə davam edə bilər.

Eyni zamanda, bankın aktivlərinin keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşması, aşağı maliyyələşmə xərcləri, xərclərin optimallaşdırılması, mənfəətlilik mövqeyinin bərpası bankın kapital göstəricilərini daha da yüksəltmişdir. Beləliklə, Bankın əsas kapitalı "Fitch" agentliyinin müvafiq metodologiyasına əsasən (Fitch Core Capital) 37% təşkil edib.

"Fitch" ekspertlərinin təhlillərinə görə, Azərbaycan Beynəlxalq Bankının açıq valyuta mövqeyinin bağlanması halında bankın müvafiq reytinqləri yenidən yüksəldilə bilər.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook" səhifəsindən əldə etmək olar.//ona.azскачать dle 11.3
Mojo.az Banner