Nazirlik şikayəti araşdırdı: Çayın çirkləndirilməsi təsdiqləndi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:46 Ən xeyirxah BÜRCLƏR - Onlar hər zaman...  |     22:24 Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO  |     21:41 32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO  |     21:34 Kvaratsxeliya karyerasını PSJ-də davam etdirə bilər  |     21:26 Rusiyada sərnişin avtobusu çaya düşüb, iki nəfər ölüb, beşi yaralanıb  |     21:18 BMT Baş Assambleyası fələstinlilərin təşkilata üzv olmaq hüququnu tanıyan qətnamə qəbul etdi  |     20:44 Qazaxda təbii fəlakət fəsadlar törədib  |     20:42 Belarus Baş Qərargahının rəhbəri işdən çıxarıldı  |     20:14 Bakıda təhlükə saçan hotel: Balta ilə içəri girdi - VİDEO  |     20:03 Məktəbli qız 26 yaşlı kişiyə qoşulub qaçdı  |     19:51 “Liverpul” mövsüm sonunda oyunçusu ilə yolları ayıracaq  |     19:42 Leyla Əliyeva Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı paylaşım edib - VİDEO  |     19:30 Təhlükə mənbəyi olan “AMAY”la bağlı FHN-dən AÇIQLAMA  |     18:32 Bakıda beynəlxalq seysmoloji konfrans KEÇİRİLƏCƏK  |     18:10 Bakıda güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ  |     18:05 Azərbaycanda korrupsiya ilə bağlı məlumat verən şəxslər həvəsləndirilə bilər  |     17:22 Nazir Baş İdarənin rəisini işdən çıxartdı  |     17:17 Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO  |     17:10 Azərbaycanda vəkil komaya düşərək vəfat etdi - FOTO  |     16:50 Gədəbəy və Daşkəsənə dolu düşüb - FAKTİKİ HAVA  |    

Nazirlik şikayəti araşdırdı: Çayın çirkləndirilməsi təsdiqləndi

Türyançayın Ağdaş rayonunun Ləki qəsəbəsindən keçən hissəsində məişət tullantılarının çay hövzəsinə atılması və ətrafa iy-qoxunun yayılması ilə bağlı daxil olan şikayət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib ki, çay hövzəsinə keçirilən baxış zamanı sözügedən ərazinin Türyançay Dövlət Təbiət Qoruğunun ərazisi olmadığı məlum olub, lakin tullantıların pərakəndə şəkildə çay hövzəsinə atılaraq qalaqlandığı və qanunvericiliyə uyğun idarə edilmədiyi təsdiqini tapıb:

“Ərazinin qısa vaxt ərzində təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə Ağdaş rayonunun Yuxarı Ləki bələdiyyəsinin sədri Faiq Mahmudova məcburi göstəriş verilib.

Çay hövzəsi Xidmətin əməkdaşlarının nəzarəti altında bələdiyyə işçiləri tərəfindən tullantılardan təmizlənib”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            381 12.04.21 17:46