Rusiyada qalmaqal: Səhiyyə nazirinin qudası həkimlərin səriştəsizliyi ucbatından öldü » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

Rusiyada qalmaqal: Səhiyyə nazirinin qudası həkimlərin səriştəsizliyi ucbatından öldü

Rusiyanın səhiyyə naziri Mixail Muraşko öz qurumunda yaranan problemə görə qudasını itirib.

Bu barədə “112” “Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, ürək ağrılarından şikayət edən 49 yaşlı Natalya Şakirova üçün martın 26-da təcili yardıma çağırış edilib. Tibb işçiləri evə gəldikdən sonra kardioqrafın xarab olduğunu görüblər. Briqada işlək cihaz üçün digər feldşerlərə çağırış etdiyi müddətdə isə qadının halı pisləşib.

Gələn digər qrup Natalyada kəskin miokard infarktı müəyyən edib. Qadın kliniki ölüm şəraitində xəstəxanaya yerləşdirilib, ancaq onun həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, feldşerlər hadisə yerinə tam təchizatlı gəlsəydilər, qadının həyatını xilas etmək mümkün olardı.

Qeyd edək ki, işlək olmayan kardioqrafa görə həyatını itirən Natalya Şakirova Rusiyanın səhiyyə naziri Mixail Muraşkonun oğlu Markın qaynanası olub. O, nəvələrini görmək üçün qızıgilə qonaq gedib, orada halı pisləşib. Qızı təcili yardıma zəng edib, tibbi heyət isə xarab cihazla çağırışa yollanıb.

Baş verənlər böyük qalmaqala səbəb olub. Artıq bu gün təcili yardım stansiyasının rəisi İqor Moskalenko vəzifəsini itirib, kardioqrafı xarab briqadanın tibb işçiləri də işdən uzaqlaşdırılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            414 30.03.21 12:02