Sabahdan Ukraynada giriş-çıxış üzrə yeni qaydalar qüvvəyə minəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Sabahdan Ukraynada giriş-çıxış üzrə yeni qaydalar qüvvəyə minəcək

Sabahdan etibarən Ukraynada ölkə ərazisinə giriş və çıxış üzrə yeni qaydalar qüvvəyə minəcək.

Bu barədə “Report” Ukraynanın Nazirlər Kabinetinin saytına istinadən xəbər verir.

Yeni qaydalara əsasən əcnəbilərin Ukraynaya giriş üçün COVID-19 müalicəsi ilə bağlı xərcləri qarşılayacaq sığorta polisi olmalıdır. Bundan əlavə, bütün xarici qonaqlar buraxılış məntəqəsində Ukrayna sərhədini keçməyə 72 saat qalmış koronavirusla bağlı mənfi testi təqdim etməlidirlər.

Test və ya sığorta polisi olmadıqda, əcnəbilərə Ukrayna ərazisinə giriş və ya tranzit keçid qadağan olunacaq.

Ukrayna vətəndaşları sərhədi maneəsiz keçməzdən əvvəl 48 saat öncə edilmiş mənfi PCR testini təqdim etməlidirlər. Test olmadığı halda, ukraynalılar mobil telefonlarına "Evdə" tətbiqini yükləməli və özlərini iki həftəlik təcrid etməlidirlər. Özünütəcrid COVID-19 testinin mənfi cavabı alındıqdan sonra yekunlaşdırıla bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            591 23.03.21 23:24