Azərbaycanın güləşdəki Olimpiya lisenziyalarının sayı beşə çatdı: Avropada neçənciyik? » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?  |     22:49 Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)  |     22:36 “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib  |     22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |    

Azərbaycanın güləşdəki Olimpiya lisenziyalarının sayı beşə çatdı: Avropada neçənciyik?

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya Təsnifat turniri başa çatıb.

Median.Az
xəbər verir ki, 16 güləşçi (5 sərbəst, 6 yunan-Roma, 5 qadın) ilə yarışa qatılan Azərbaycan Macarıstandan 3 lisenziya və 7 medalla qayıdır.

Sərbəst güləşdə İslam Bazarqanov (57 kq) və Camaləddin Məhəmmədov (125 kq) bürünc, Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) gümüş medal qazandı. Qadın güləşində Tatyana Omelçenko (62 kq) yeganə medalımızı – “bürünc”ü aktivinə yazdırdı. Yunan-Roma güləşində isə yeganə qızıl medalımız oldu. Belə ki, Sənan Süleymanov (77 kq) bürünc, İslam Abbasov (87 kq) qızıl medal qazandı.

Təbii ki, yarış Olimpiadaya lisenziya qazanmaq baxımından önəm daşıdığından burada yarımfinalda qalib gəlmək finalda qələbədən üstün sayılırdı. Bu üzdən də finala çıxanlardan sərbəst güləşdə Hacı Əliyev və Hacımurad Hacıyev, yunan-Roma güləşində isə İslam Abbasov öz çəkiləri üzrə Azərbaycana Olimpiya lisenziyası qazandırdı. Bununla da Azərbaycanın güləşdə Olimpiya lisenziyalarının sayı 5-ə çatdı.

Bəs Azərbaycan Avropa zonası üzrə lisenziya qazanmaq baxımından neçənci sıradadır?

Oxu.Az bunu araşdırıb:

1. Rusiya Olimpiya Komitəsi – 13 (5 sərbəst, 5 yunan-Roma, 3 qadın güləşi)

2. Türkiyə – 8 (4 sərbəst, 3 yunan-Roma, 1 qadın güləşi)

3-6. Belarus – 7 (3 sərbəst, 1 yunan-Roma, 3 qadın güləşi)

3-6. Gürcüstan – 7 (3 sərbəst, 4 yunan-Roma güləşi)

3-6. Almaniya – 7 (1 sərbəst, 4 yunan-Roma, 2 qadın güləşi)

3-6. Ukrayna – 7 (1 sərbəst, 2 yunan-Roma, 4 qadın güləşi)

7-9. Azərbaycan – 5 (3 sərbəst, 1 yunan-Roma, 1 qadın güləşi)

7-9. Bolqarıstan – 5 (1 sərbəst, 1 yunan-Roma, 3 qadın güləşi)

7-9. Macarıstan – 5 (1 sərbəst, 3 yunan-Roma, 1 qadın güləşi)

10-11. Ermənistan – 4 (2 sərbəst, 2 yunan-Roma güləşi)

10-11. Polşa – 4 (1 sərbəst, 1 yunan-Roma, 2 qadın güləşi)

12-13. Serbiya – 3 (1 sərbəst, 2 yunan-Roma güləşi)

12-13. İsveç – 3 (1 yunan-Roma, 2 qadın güləşi)

14. Estoniya – 2 (1 yunan-Roma, 1 qadın güləşi)

15-28. Xorvatiya – 1 (yunan-Roma güləşi)

15-28. Danimarka – 1 (yunan-Roma güləşi)

15-28. Finlandiya – 1 (yunan-Roma güləşi)

15-28. Fransa – 1 (qadın güləşi)

15-28. Yunanıstan – 1 (qadın güləşi)

15-28. İtaliya – 1 (sərbəst güləş)

15-28. Kosovo – 1 (sərbəst güləş)

15-28. Latviya – 1 (qadın güləşi)

15-28. Litva – 1 (yunan-Roma güləşi)

15-28. Moldova – 1 (qadın güləşi)

15-28. Şimali Makedoniya – 1 (sərbəst güləş)

15-28. Rumıniya – 1 (qadın güləşi)

15-28. San Marino – 1 (sərbəst güləş)

15-28. İsveçrə – 1 (sərbəst güləş)

Qeyd edək ki, 2-4 apreldə Tunisin Hammamet şəhərində Afrika və Okeaniya zonası üzrə, 9-11 apreldə Qazaxıstanın Almatı şəhərində Asiya zonası üzrə və 6-9 mayda Bolqarıstanın paytaxtı Sofiyada dünya üzrə son təsnifat turnirləri keçiriləcək. Azərbaycanın 13 güləşçisi Sofiyada sonuncu lisenziyaları qazanmaq üçün mübarizəyə qatılacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            504 22.03.21 14:38