Sahibə Qafarova Səudiyyə Ərəbistanının səfiri ilə görüşdü » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

Sahibə Qafarova Səudiyyə Ərəbistanının səfiri ilə görüşdü

Martın 10-da Milli Məclisin sədri Sahibə Qafarova Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr ilə görüşüb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Sədr Azərbaycan müstəqillik əldə etdikdən sonra iki ölkə arasında yaranan diplomatik münasibətlərin əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə yüksəltdiyini bildirib.

“Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1994-cü ilin iyulunda bu ölkəyə rəsmi səfərindən sonra əlaqələrimiz daha da inkişaf edib. Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına səfərləri çərçivəsində keçirilən görüşlər və ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirib”.

Sədr deyib ki, xalqlarımızın mənafeyinə cavab verən bu münasibətlər parlamentlər səviyyəsində də davam etdirilir.

“Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının mövcudluğu, deputatlarımızın müxtəlif səviyyəli tədbirlərdə görüşləri qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından önəmlidir. Spiker hər iki ölkə deputatlarının bir sıra beynəlxalq parlament qurumlarında səmərəli əməkdaşlığını qeyd edib.

Sədr Azərbaycanın apardığı Vətən müharibəsində öz torpaqlarını işğaldan azad etdiyini xatırladaraq, Səudiyyə Ərəbistanının müxtəlif beynəlxalq təşkilatlarda davamlı olaraq ölkəmizi dəstəklədiyini, işğalçılıq siyasəti yürüdən Ermənistanla indiyədək diplomatik münasibətlər qurmadığını deyib.

Spiker Xocalı faciəsi ilə əlaqədar 2015-ci ildə Səudiyyə Ərəbistanı parlamentində keçirilmiş tədbiri yüksək qiymətləndirərək ölkəmizə göstərilən bu diqqəti dost münasibəti kimi dəyərləndirib.

Səfir Haməd bin Abdullah bin Səud bin Xudeyr Azərbaycanda fəaliyyət göstərdiyi dövrdə iki ölkə arasında yüksək səviyyəli bir sıra görüşlərin iştirakçısı olduğunu söyləyib. Qonaq Azərbaycan Prezidenti İlham Əliyevin əlaqələrimizin inkişafına verdiyi əhəmiyyəti yüksək qiymətləndirib. Qeyd edib ki, ölkələrimiz arasında həyatın müxtəlif sahələrinə aid imzalanmış sənədlər əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edir.

Parlamentlər səviyyəsində əlaqələrin inkişafında dostluq qruplarının rolunu vurğulayan səfir deputatların mütəmadi görüşlərinin əhəmiyyətli olduğunu söyləyib.

Qonaq 44 günlük Vətən müharibəsi dövründə ölkəsinin burada cərəyan edən hadisələri daim diqqətdə saxladığını, Azərbaycanın müvafiq qurumları ilə təmasda olduqlarını deyib. Erməni işğalından azad olunmuş ərazilərə səfər etdiyini, dağıdılmış binaları öz gözləri ilə gördüyünü, sökülmüş məsciddə namaz qıldığını söyləyib. Bildirilib ki, Səudiyyə Ərəbistanında Azərbaycan həqiqətlərinin geniş ictimaiyyətə çatdırılması məqsədi ilə bir sıra tədbirlər təşkil olunur, bu haqda məlumatlar kütləvi informasiya vasitələrində geniş yayılır.

Söhbətdə parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            516 10.03.21 17:54