Mojo.az Banner
17:03 Naxçıvan yeni nazir müavini təyin olundu  |     16:50 Rusiya ordusu Ukraynada bir neçə yaşayış məntəqəsini nəzarətə götürdü  |     16:44 Astarada elektrik dirəyində təmir aparan şəxs faciəli şəkildə öldü  |     16:41 Sevgi münasibəti cinayətlə nəticələndi: Şantaj olundu, qonaq getdiyi evləri taladı  |     16:40 Dənizdə dörd nəfər BATDI: 13 yaşlı qızı xilas etmək mümkün olmadı  |     16:25 Taksi sürücüsü sərnişinə əxlaqsız təklif etdi - Video  |     16:21 Xaçmaz rayonunda meyit tapılıb  |     15:42 Daha bir ölkə Beynəlxalq Cinayət Məhkəməsindən çıxdı  |     15:34 FIFA prezidenti DÇ-2026-nı tənqid edənlərə cavab verdi  |     15:28 Vahid indekslərin siyahısı genişləndirildi - QƏRAR  |     15:10 Azərbaycanlı hakim Konfrans Liqasının oyununu idarə edəcək  |     15:01 Sabah da KÜLƏK əsəcək - 28.07.2026  |     14:32 Ağdamın iki kəndində günlərlə davam edən yanğınlar söndürüldü  |     14:30 Külək Bakıda iki nəfəri xəstəxanalıq etdi  |     13:22 Bakıda güclü külək səbəbindən AĞACLAR AŞIB  |     13:03 Neft kəskin UCUZLAŞDI  |     13:01 Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq  |     12:46 Ceffri Epşteynin mirasının potensial varisinin adı məlum oldu  |     12:44 Məşhur meymun "Punch" bir yaşını qeyd edib  |     12:42 Samuxda 57 yaşlı çobanın meyiti tapıldı  |    
Left Banner
Right Banner

Tərtərdə oğurluq edən şəxslər ələ keçdilər

06.03.2021 18:40 2 751
Tərtərdə oğurluq edən şəxslər ələ keçdilər
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq əməlləri törətmiş şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, fevral və mart aylarında Tərtər rayonu ərazisində avtomobillərdən oğurluq edilməsi barədə RPŞ-yə məlumatlar daxil olub.

Həmin məlumatlar əsasında polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 avtomobildən oğurluq etməkdə şübhəli bilinən rayon sakini Ruslan Bayramlı saxlanılıb. Araşdırmalarla onun avtomobillərdən oğurluq edərək vətəndaşlara 300 manatdan artıq ziyan vurduğu müəyyən edilib.

Bundan əlavə keçirilmiş digər əməliyyat tədbirləri ilə daha bir oğurluq əməli törətməkdə şübhəli bilinən şəxs də saxlanılıb. Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə axtarışda olan Tərtər rayon sakini İsmayıl Məmmədli tutularaq aidiyyəti üzrə təhvil verilib.скачать dle 11.3
Mojo.az Banner