Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda 172 min manatlıq gəmi satışa çıxarılır

29.07.2026 21:51 420
Azərbaycanda 172 min manatlıq gəmi satışa çıxarılır
İyulun 28-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi hərracda 54 nəqliyyat vasitəsi satılıb.

Bu barədə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, bunlardan 53-ü Daxili İşlər Nazirliyinə məxsus nəqliyyat vasitələri olub.

Qeyd olunub ki, nəqliyyat vasitələrinin satışı ilə bağlı növbəti hərraclar 4, 11, 18 və 25 avqust tarixlərində keçiriləcək. Bu hərraclara 161 nəqliyyat vasitəsi və avadanlıq çıxarılıb. Nəqliyyat vasitələrinin istehsal tarixləri 1973-2014-cü illəri əhatə edir.

Həmçinin, avqustun 4-də keçiriləcək hərraca start qiyməti 172 500 manat olan "Point Brower D" markalı gəmi də təklif olunur.

Hərracda satılan əmlakların siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Son xəbərlər