Xanım Tiktoker 10 sutkalıq həbs edildi
Median.Az Unikal-a istinadən xəbər verir ki, 1983-cü il təvəllüdlü Əhmədova Səkinə Nizami qızı polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsilə (internet informasiya ehtiyatında və yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) inzibati xəta haqqında iş üzrə icraat başlanaraq toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Sabunçu rayon məhkəməsinə göndərilib.
Məhkəmənin yekun qərarı ilə Səkinə Əhmədova 10 gün müddətinə inzibati qaydada həbs edilib.
