Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Atası ilə Kürdə çimmək istədi - Xəstəxanalıq oldu

29.07.2026 21:59 399
Atası ilə Kürdə çimmək istədi - Xəstəxanalıq oldu
Şəmkirdə yeniyetmə Kür çayında boğulma təhlükəsi ilə üzləşib.

Hadisə Kür çayının Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Gədəbəy rayon sakini, 2010-cu il təvəllüdlü C.Tağlı atası ilə birlikdə Kür çayında çimən zaman suda batıb. Yeniyetmə ətrafdakı şəxslərin köməyi ilə sudan çıxarılaraq xəstəxanaya çatdırılıb. C.Tağlının vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, 16 yaşlı yeniyetmə atası ilə birlikdə istirahət məqsədilə Kür çayının sahilinə gəlibmiş.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər