Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
“Report”un məlumatına görə, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb.
Qeyd edək ki, yeni müraciətlərə baxmaq üçün komissiyanın 7 iclası keçirilib. Bu iclaslar zamanı 750-dən çox müraciətə baxılıb.
Komissiyanın növbəti toplantısının martın 9-da keçirilməsi nəzərdə tutulur.