Mojo.az Banner
13:56 Böyük Britaniya Kiprə qırıcı təyyarələr yerləşdirdi: Səbəb İrandır  |     13:54 Liseydə şagirdi tərəfindən güllələnən müəllimədən xəbər var  |     13:53 Kamran Əliyevdən Sumqayıt Hərbi Prokurorluğuna yeni təyinat  |     13:50 Yeniyetmə Xırdalan məktəbində bir qrup şagird tərəfindən döyülüb?  |     13:38 Leyla Əliyeva Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalından videogörüntü paylaşıb - Video  |     13:28 Yerdə maqnit fırtınası gözlənilir  |     13:24 General-leytenant təqaüdə göndərildi  |     13:23 Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olundu  |     13:12 Alkoqollu içkilərlə bağlı layihələr maliyyələşdirilməyəcək - QƏRAR  |     23:04 Ronaldo buna görə matça çıxmaqdan imtina etdi  |     22:57 Türk Hava Yolları İrəvana uçuşlara başladı  |     22:57 Azərbaycan yığması 0:6 hesabı ilə uduzdu  |     22:50 Bakıda 2 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir  |     22:45 Bakıda məktəbdə şagird kəllə-beyin travması aldı: Reanimasiyaya yerləşdirildi  |     22:44 ABŞ Çini gizli nüvə sınağı keçirməkdə ittiham edib  |     22:22 Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 BMT-nin baş katibi ABŞ ilə İran arasında danışıqları alqışladı  |     21:50 Güllələnən müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş  |     21:38 Bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar  |     21:18 Masallıda “Mercedes”lər toqquşdu - Ölən var  |    
Left Banner
Right Banner

Cəlilabad bələdiyyəsinin sədri məsuliyyətə cəlb edilib.

01.03.2021 14:34 969
Cəlilabad bələdiyyəsinin sədri məsuliyyətə cəlb edilib.
Cəlilabad bələdiyyəsinin sədri məsuliyyətə cəlb edilib.

Bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, prokurorluğun fəaliyyət sferaları ilə bağlı vətəndaşları narahat edən məsələlər, habelə ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən ətraf mühitin mühafizəsi qaydalarının pozulması hallarına qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir.

Həyata keçirilən bu tədbirlərin davamı kimi, kütləvi informasiya vasitələrində yayılmış Cəlilabad rayonu ərazisində yerləşən qəbiristanlıqda yerli sakinlərin narazılığına səbəb olan sanitariya-gigiyena normalarının ciddi şəkildə pozulmasını əks etdirən videogürüntülərlə bağlı Baş Prokurorluğun Cinayət Təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Aparılan araşdırma zamanı torpaq sahəsinin mülkiyyətində olduğu Cəlilabad bələdiyyəsinin sədri Babayev İlham Balo oğlunun həmin sahəyə yaxınlıqdakı ərazidə sakinlər tərəfindən məişət tullantılarının atılmasının qarşısının alınması məqsədilə hər hansı bir tədbir görməyərək torpaq sahəsindən təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə etməsinə, bununla yanaşı qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyi pozmasına əsaslı şübhələr müəyyən edilib.

Araşdırmalar nəticəsində İnzibati Xətalar Məcəlləsinin 247.1 (torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi) və 516-1.2-ci (qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması) maddələri ilə İlham Babayevin barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilib.скачать dle 11.3