Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Böyük Britaniya Kiprə qırıcı təyyarələr yerləşdirdi: Səbəb İrandır

07.02.2026 13:56 603
Böyük Britaniya Kiprə qırıcı təyyarələr yerləşdirdi: Səbəb İrandır
Böyük Britaniya İran ətrafındakı vəziyyət fonunda regional təhlükəsizliyi gücləndirmək məqsədilə Kiprdəki Akrotiri aviabazasına öz qırıcı təyyarələrini göndərib.

Bu barədə "The Times" qəzeti məlumat verib.

Altı "F-35B" qırıcı təyyarəsi artıq İraq və Suriya üzərində döyüş tapşırıqlarını yerinə yetirmək üçün Kiprdə olan "Typhoon" qırıcıları ilə birlikdə xidmətə başlayacaq. Texnika artıq Böyük Britaniyanın şərqindəki Marham bazasını tərk edib.

Qeyd edək ki, daha əvvəl - fevralın 4-də ABŞ-İran görüşünün nüvə proqramından başqa istənilən mövzunun görüşdən çıxarılması tələbi səbəbindən birdəfəlik ləğv edildiyi açıqlanmışdı. İran həmçinin Vaşinqtonla bütün razılaşmaların ABŞ sanksiyalarının qaldırılması ilə müşayiət olunmasını tələb etmişdi.

Daha sonra Donald Tramp İran ali lideri Əli Xameneiyə danışıqların ləğvindən sonra çox narahat olmağı məsləhət görüb.

Son xəbərlər