Mojo.az Banner
23:02 11 məşhur avtomobil modelinin istehsalı dayandırılır  |     22:57 Bakıda dəhşətli qətl törədildi  |     22:49 Gəncədə qazi 36 yaşında vəfat etdi  |     22:44 Gəncədə 16 yaşlı oğlan bıçaqlandı - Həmyaşıdı saxlanıldı  |     22:36 Evlilərin diqqətinə: sizdən pul tutula bilər - Hüquqşünas  |     22:31 Azərbaycanda maşın almaq istəyənlərin nəzərinə - Bu avtomobillər bahalaşdı  |     22:24 Müəllimlərin sayı niyə azalır? - EKSPERTDƏN AÇIQLAMA  |     22:19 “iPhone 18” bu rənglərdə olacaq  |     22:11 Rus bölmələrində oxuyanlara YENİLİK: Bu fənn Azərbaycan dilində olacaq  |     22:06 Uşağın rejimini kəskin dəyişməyin - Pediatrdan XƏBƏRDARLIQ  |     21:59 Tələbə axını kirayə bazarını silkələdi: QİYMƏTLƏR  |     21:54 “Telegram”dan möhtəşəm yeniliklər  |     21:45 Azərbaycanda məscidlərin sayı açıqlandı  |     21:40 20 Yanvarda səkidə yuxuya getdi, 2440 manatı oğurlandı  |     21:32 “Bitcoin”in qiyməti 78 min dollara enib  |     21:27 İtaliyada helikopter qəzası olub, ölənlər var  |     21:19 Portuqaliya millisi Bakıda ilk qələbəsini qazandı  |     21:13 Salyanda qəbiristanlıqdan meyit tapıldı  |     21:08 53 nömrəli marşrutun istiqaməti dəyişib  |     21:02 Qəbələdə həmkəndlisinin xanımı ilə münasibəti olan müəllim HƏBS EDİLDİ  |    
Left Banner
Right Banner

İran "Avropa üçlüyü" ilə Romada görüşə razılıq verib

29.04.2025 18:18 1 332
İran
İran "Avropa üçlüyü" ölkələrinin (Almaniya, Böyük Britaniya və Fransa) təklifini qəbul edib.

Bu barədə "Baghdad today" xəbər portalı İran XİN-dəki mənbəyə istinadən məlumat verib.

Bildirilir ki, İran ABŞ ilə gözlənilən birbaşa olmayan danışıqların başlamasından bir gün əvvəl onların nümayəndələri ilə görüşə razılıq verib. Tehran və Vaşinqton arasında dördüncü məsləhətləşmə raundu şənbə günü, 3 mayda Romada keçiriləcək.

"Fransa, Böyük Britaniya və Almaniya ABŞ ilə gözlənilən birbaşa olmayan danışıqlar ərəfəsində İran XİN nümayəndələri ilə görüş təşkil etməyi xahiş ediblər. Tehran bu təklifi təsdiqləyib və "Avropa üçlüyü"nə belə bir görüşün cümə günü, 2 mayda, ABŞ ilə planlaşdırılan məsləhətləşmələrdən bir gün əvvəl keçirilə biləcəyini bildirib", - deyə mənbədən vurğulanıb.

Daha əvvəl "Reuters" agentliyi xəbər vermişdi ki, İran Almaniya, Böyük Britaniya və Fransaya ABŞ ilə danışıqlar bərpa olunarsa, 2 mayda Romada nüvə proqramı ilə bağlı görüş keçirməyi təklif edib, lakin "Avropa üçlüyü" son ana qədər Tehranın təklifinə heç bir reaksiya verməyib.

ABŞ və İran arasında üçüncü dialoq raundu 26 apreldə Omanın paytaxtı Maskatda başa çatıb. Yüksək səviyyəli siyasi danışıqlarla paralel olaraq İran nüvə proqramı üzrə potensial sazişin detallarını müzakirə edən ekspertlərin texniki məsləhətləşmələri də keçirilib.скачать dle 11.3
Mojo.az Banner