Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

İran rəsmisi: "BMT Təhlükəsizlik Şurasının sanksiyalarının bərpası müharibə elanına bərabərdir"

21.07.2025 18:34 1 014
İran rəsmisi:
Tehran Avropa ölkələrinin BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarının bərpasını nəzərdə tutan "snapback" mexanizmini işə salmaq cəhdlərini İran ilə münaqişəyə girmək kimi qiymətləndirəcək.

Median.Az
"Borna News" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Məclisinin (parlament) Xarici siyasət və milli təhlükəsizlik komitəsinin sədr müavini Abbas Möqtədai bildirib.

"Biz avropalılara İranla münasibətlərinin gələcəyi haqqında diqqətlə düşünməyi məsləhət görürük... Avropa ölkələrinin "snapback" mexanizmindən istifadə etmək istəyi hərbi hücuma bərabərdir", - deyə Möqtədai qeyd edib.

Deputat vurğulayıb ki, bu mexanizmin işə salınması o halda mümkündür ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bütün iştirakçıları onun şərtlərinə əməl etsinlər. Möqtədai, həmçinin bildirib ki, ABŞ öz növbəsində sazişdən çıxıb, avropalılar isə İrana qarşı düşmənçilik siyasəti yürüdürlər. O əlavə edib ki, Rusiya və Çin BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarının bərpasının əleyhinədir.

İran parlamentarisi xəbərdarlıq edib ki, "Avropa üçlüyü" ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) ölkəyə təzyiq göstərməyə çalışsalar, Tehran buna geniş spektrli əks tədbirlərlə cavab verəcək.

"Biz onlar üçün bölgədə problemlər yarada, hərbi, iqtisadi, siyasi və hətta mədəni vasitələrlə cavab verə bilərik", - deyə Möqtədai izah edib.скачать dle 11.3

Son xəbərlər