Polşada şəhər meri ilə hökumət arasındakı qarşıdurma davam edir: III Avropa Oyunları təhlükədə » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:41 Məhv edilən daha 71 erməni hərbçinin adı açıqlandı  |     21:32 Ukrayna Rusiyanın Kiyevdəki səfirliyinin baş diplomatına üç gün vaxt verdi  |     21:21 Vəzifəsindən uzaqlaşdırılan erməni general prezidenti və baş naziri məhkəməyə verib  |     21:09 Göyçayda əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb  |     20:56 Ərdoğan Türkiyədə vurulan vaksin sayını açıqladı  |     20:55 TikTok yenilənir  |     20:33 Qəbələdə 23 yaşlı qız intihara cəhd edib  |     20:07 Füzulidə daha bir erməni əsgərin cəsədinin qalıqları tapıldı  |     19:59 "Twitter"in işində nasazlıq yaranıb  |     19:43 Daha bir həkim koronavirusdan vəfat etdi (FOTO)  |     19:15 Bakıda ağacları kəsən şəxsə qarşı tədbirlər görülür  |     18:58 Daha bir şəhidimizin övladı dünyaya gəldi - FOTO  |     18:35 Yeni pandemiya XƏBƏRDARLIĞI  |     18:23 Bakıda taxta tullantıları yanıb  |     18:14 Hansı ölkələrdən Azərbaycana sərmayə daxil olur?  |     17:58 Armen Sarkisyan seçki məcəlləsinə dəyişikliyi imzalamaqdan imtina edib  |     17:48 Rusiyada helikopter sərt eniş edib, pilot ölüb  |     17:36 Azərbaycanda ilk dəfə küvez içində (yataqbaşında) 600 qramlıq körpəyə qapalı ürək əməliyyatı uğurla icra olunub  |     17:22 Məleykə Abbaszadə mərkəzi imtahan sistemindən danışdı  |     17:11 Azərbaycanın yeganə keçəçi-rəssamı vəfat etdi  |    

Polşada şəhər meri ilə hökumət arasındakı qarşıdurma davam edir: III Avropa Oyunları təhlükədə
III Avropa Oyunlarının Polşanın Krakuv şəhərində keçirilməsi hələ də rəsmi təsdiqini tapmayıb.

Krakuv şəhər rəhbərliyi təşkilatçı ev sahibi kimi imzalamalı olan müqaviləyə qol çəkməyib.

Şəhər meri Yatsek Mayxrovskinin sözçüsü Monika Xılaşek “Vıborça”ya açıqlamasında yerli hökumətdən hələ də lazımi maddi dəstək ala bilmədiklərini, dövlətin lazımi infrastruktur üçün subsidiyalar ayırmalı olduğunu qeyd edib.

Polşa baş nazirinin müavini Yatsek Sasin isə RMF FM-ə açıqlamasında qarşı tərəfi günahlandırıb: “Oyunların təşkilatçısı Krakuvdur, hökumət deyil”.

Avropa Olimpiya Komitəsi (AOK) isə “Inside the Games”ə göndərdiyi cavabda tezliklə müqavilə imzalanacağından əmin olduqlarını bildirib:

“AOK heyəti martın əvvəlində Polşaya gedəcək və təşkilatçılar, yerli hakimiyyət orqanları və Milli Olimpiya Komitəsi ilə bir sıra vacib məsələlər müzakirə olunacaq”.

“Vıborça”nın iddiasına görə, III Avropa Oyunlarının məkanı dəyişdirilərək Polşanın Sileziya (Şlonsk) regionuna (böyük ehtimalla, Vrotslav şəhərinə – S.M.) salına bilər. Lakin Sasin bildirib ki, şəhər rəhbərliyi lazımi müqavilə öhdəliyini yerinə yetirdikdən sonra hökumət maliyyəyə ehtiyac olub-olmadığını müəyyənləşdirəcək.

Artıq bir dəfə oxşar hadisə yaşanıb. 2019-cu ildə gənclərin Avroviziya mahnı müsabiqəsi oxşar vəziyyətə görə Krakuvdan Sileziyadakı Qlivitse şəhərinə keçirilib.

Onu da bildirək ki, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə “CBC Sport” telekanalına müsahibəsində yaranmış qalmaqalın şəhər merinin müxalifət partiya nümayəndəsi olması ilə bağlı olduğunu bildirib.

Qeyd edək ki, I Avropa Oyunları 2015-ci ildə ilk dəfə Bakıda (o cümlədən Mingəçevirdə) keçirilib. İkinci belə yarış isə iki il əvvəl Belarusun paytaxtı Minskdə baş tutub.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            222 25.02.21 18:21              

TikTok yenilənir

54   Dünya 17-04 20:55