Mojo.az Banner
15:57 Naxçıvanda tələbə qız öldü - FOTO  |     15:48 30 ildən çox idi ailəsi axtarırdı: Kəlbəcərdən NƏŞİ TAPILDI - FOTO  |     15:35 Paralimpiyaçımız İtaliyada mübarizəyə qoşulur  |     15:34 Himayəsindəki yeniyetməyə işgəncə verən Günay Novruzova barədə YENİ QƏRAR - VİDEO  |     15:21 Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı oyun təqvimi açıqlandı  |     15:10 Leyla Əliyeva "Sinxronizasiya" sərgisindən paylaşım etdi - FOTO  |     14:28 Aeroport yolunda hərəkət məhdudlaşdırılacaq - DYP alternativ yolu açıqladı  |     14:26 Türk dilində danışdığı üçün döyülən iraqlı Ermənistandan Azərbaycana qaçdı  |     13:36 "Qarabağ" Avropa Liqasından milyonlar qazanıb  |     13:35 Bakı və Abşeronda külək GÜCLƏNƏCƏK  |     13:34 Bakıda polisdən "qaçmaq" istəyən sürücünü anası İFŞA ETDİ  |     13:34 Pakistanda güclü zəlzələ oldu  |     13:32 Milli Məclis Ədliyyə Nazirliyinin bələdiyyələrlə bağlı illik hesabatını təsdiqlədi  |     13:18 Bakıda polisdən "qaçmaq" istəyən sürücünü anası İFŞA ETDİ  |     12:40 43 bələdiyyə rəsmisi məsuliyyətə cəlb olunub - Nazir müavini FAKTLARI AÇIQLADI  |     12:35 Qarabağda biznes qurmaq adı ilə qadınları aldadan "iş adamı"na AĞIR CƏZA  |     12:20 Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı  |     12:01 13 kiloqramdan artıq narkotik vasitə aşkar olundu  |     12:00 Şəhid oğlunun tabutu önündə qurban kəsdirən ana VƏFAT ETDİ - FOTO  |     11:59 Bakıda 10 yaşlı məktəbli qəfil vəfat etdi  |    
Left Banner
Right Banner

“Apple” smartfon bazarında yenə birincidir

23.02.2021 19:50 1 983
“Apple” smartfon bazarında yenə birincidir
2020-ci ilin dördüncü rübündə dünya bazarında smartfon satışlarına görə “Apple” 2016-cı ildən bu yana ilk dəfə birinci yerə çıxıb.

“Report” xəbər verir ki, “Gartner” araşdırma mərkəzi tərəfindən açıqlanan statistik rəqəmlərə görə, hesabat dövründə “Apple” 80 milyona yaxın smartfon sataraq dünya bazarındakı payını 20,8 %-ə çatdırıb. Ekspertlərin fikrincə, bu nailiyyət daha çox 5G rabitəsini dəstəkləyən “iPhone 12” və “iPhone 12 mini” smartfonları sayəsində qazanılıb.

İkinci yerdəki “Samsung” 62,11 milyon smartfon sataraq bazarın 16,2 %-nə, üçüncü yerdəki “Xiaomi” də 43,43 milyon satışla bazarın 11,3 %-nə nəzarət edib. Sonrakı yerləri tutan müvafiq olaraq “OPPO” və “Huawei” ABŞ tərəfindən tətbiq olunmuş sanksiyalar üzündən satışlarda böyük itkilərlə üzləşib.

Bütövlükdə ötən ilin dördüncü rübündə dünyada smartfon satışları 5,4 %, ilin əvvəlindən 12,5 % azalıb. Bu da koronavirus pandemiyası üzündən tədarük zəncirlərindəki fasilələrlə əlaqələndirilir.скачать dle 11.3
Mojo.az Banner