Agentlikdən kəskin hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |     20:17 Şənbə günü 32 dərəcə isti olacaq  |     20:06 Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin şikayətini təmin etməyib  |     19:57 Yasamalda 16 yaşlı yaşlı qızı avtomobil vurub  |     19:47 Paşinyan: “Biz yaxın onilliklər ərzində Ermənistanın mövcudluğu məsələsini həll edirik”  |     19:35 Çin XİN: NATO Ukrayna böhranına görə birbaşa məsuliyyət daşıyır  |     19:09 “Qəbələ” azarkeşlərini düşündürən məsələyə klub rəsmilərindən CAVAB  |     18:58 Ukrayna daha 140 hərbçisinin meyitini geri qaytarıb  |     18:46 Qəzza üzrə təmas qrupu Səudiyyə Ərəbistanında toplaşacaq  |     18:29 “Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək” - Cümüyə 18 il həbs verildi  |     18:22 Bakının bir rayonunda qaz kəsiləcək  |     18:09 Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”  |     17:59 Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO  |     17:55 Erməni deputat: “Tavuş və Qazax arasındakı ərazidə sərhədin demarkasiyası texniki cəhətdən başa çatıb”  |     17:44 Bəzi tikinti materialları BAHALAŞACAQ  |    

Agentlikdən kəskin hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi Xəzər dənizi akvatoriyasında müşahidə ediləcək kəskin hava şəraiti ilə əlaqədar xəbərdarlıq yayıb.

Bununla bağlı qurumdan məlumat verilib.

Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə təhlükəli hidrometereoloji hadisə haqqında daxil olan məlumata görə, fevralın 23-ü axşamdan Xəzər dəniz akvatoriyasında – Bakıda və Abşeron yarımadasında şimal-qərb, şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s, fevralın 24-də isə yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi, çovğun olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi ehtimal edilir. Dənizdə dalğanın hündürlüyünün 2-4 metrə, sonrakı inkişafda 5.5-7.5 metrə çatacağı gözlənilir.

Hava proqnozu Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı rəhbər heyət tərəfindən təlimatlandırılıb.
Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran, hərəkətdə olan gəmilərə hava şəraitinin kəskinləşməsi ilə əlaqədar zəruri məlumatlar ötürülüb və müvafiq təlimatlar verilib. Hava şəraitinə uyğun olaraq gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib.

Bildirilib ki, gəmilər müvafiq lövbər sığınacaqlarına yerləşdirildikdən sonra onların təhlükəsiz şəkildə lövbərdə dayanması prosesi radarlar vasitəsilə fasiləsiz müşahidə edilir. Dövlət Dəniz Agentliyinin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən gəmilərin hərəkətinə və limanlara hava şəraitinə uyğun olaraq giriş-çıxışa icazə verilməsi, hərəkətin məhdudlaşdırılması və limanların bağlanması ilə bağlı müvafiq tədbirlər görülüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 017 23.02.21 12:44