Mojo.az Banner
22:59 Davamlı olaraq nəvəyə baxmaq yaşlı insanlarda depressiyaya səbəb ola bilər  |     22:53 ABŞ-da Tarixi Qış Fəlakəti: Ölənlərin sayı artdı  |     22:46 Xanım sahibkarın ölkədən çıxışına "stop" qoyuldu: 800 minlik borc  |     22:39 Leyla Əliyeva Qretel Agilarla görüşdü - FOTOLAR  |     22:32 Toydan sonra dava düşdü — Vəzifəli şəxsin köməkçisi qonağı döydü: MƏHKƏMƏ  |     22:26 Şeyx Əbdül xəstəxanaya yerləşdirildi  |     22:20 Aptekdən dərman alacaq şəxslərin NƏZƏRİNƏ - Bundan sonra...  |     22:12 Bakıda genişmiqyaslı təmir başlayır - 65 milyonluq LAYİHƏ  |     22:04 Zirəddindən İranla bağlı proqnoz: Apreldə  |     21:55 Onlara işıq pulunda güzəşt edilə bilər  |     21:47 Gülyanaq və Mənsum Özbəkistanda təltif olundu - FOTO  |     21:40 Reklamlarda uşaqlarla bağlı dəyişiklik nə vəd edir? – RƏSMİ  |     21:31 Trampdan Venesuela ilə bağlı yeni tapşırıq  |     21:24 Tikinti şirkəti ilə vətəndaş arasında qalmaqal: "Xəbərdarlıq da etmədilər"  |     21:17 Şahruddindən maraqlı paylaşım — FOTO  |     21:11 Bu şəxslərə çuğundur YEMƏK OLMAZ  |     21:03 Almaniya səfiri İran XİN-ə çağırıldı  |     20:57 Azərbaycanın ən gənc generalı oldu  |     20:37 "Avroviziya"nın aparıcıları onlar olacaq  |     20:30 Goranboyda iki avtomobil toqquşdu, xəsarət alanlar var  |    
Left Banner
Right Banner

Təhsil Nazirliyində şöbə müdirinin müavini işdən çıxıb

22.02.2021 21:27 1 083
Təhsil Nazirliyində şöbə müdirinin müavini işdən çıxıb
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini və İnsan resursları mərkəzinin müdiri Murad Camalzadə vəzifəsindən azad olunub.

Bu barədə M.Camalzadə bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.

O, bu vəzifələrindən öz xahişi ilə azad olunduğunu açıqlayıb:

“Əslində, uzun müddət idi ki, fəaliyyət sahəmi dəyişməklə bağlı düşünürdüm. Pandemiya dövründə isə ətraflı götür-qoy etmək üçün əla fürsət yaranmışdı. Çox təhlillərdən sonra o qənaətə gəldim ki, artıq Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini və İnsan resursları mərkəzinin müdiri vəzifələrində öz missiyamı başa vurum.

Vəzifə funksiyalarını icra etmək üçün yalnız bilik və səriştə bir məqamdan sonra kifayət etmir. Əməkdaşda enerji və entuziazmın olması da mühüm şərtdir. Mən isə müvafiq sahə üzrə həmin enerjini ötən 8 il ərzində imtahan zallarında, vətəndaş qəbullarında və müxtəlif yoxlamalarda sərf etdim”.скачать dle 11.3