İndoneziya parlamenti Xocalı ilə bağlı bəyanat yaydı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?  |     22:49 Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)  |     22:36 “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib  |     22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |    

İndoneziya parlamenti Xocalı ilə bağlı bəyanat yaydı

İndoneziya Respublikasının Nümayəndələr Palatasında fəaliyyət göstərən İndoneziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Məhəmməd İqbal Xocalı qətliamının 29-cu ildönümü ilə əlaqədar bu qrupun adından bəyanat yayıb.

Median.Az
xəbər verir ki, bəyanatda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərinin mülki əhalisinin soyqırımına məruz qaldığı, bu qətliam nəticəsində 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla, ümumilikdə, 613 nəfərin qətlə yetirildiyi, yüzlərlə insanın ağır yaralandığı və 1275 nəfərin əsir götürüldüyü qeyd olunub.

Sənəddə qrup üzvləri Xocalı qətliamının insanlıq tarixinə böyük ləkə kimi düşdüyünü, bu soyqırımının təşkilinə görə məsuliyyət daşıyan şəxslərin beynəlxalq səviyyədə cəzalandırılmalı olduğunu vurğulayıblar. Ermənistan-Azərbaycan münaqişəsinin ən qara səhifəsi olan, 29 il bundan əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsində törədilən Xocalı qətliamı qurbanlarının xatirəsinin qrup üzvləri tərəfindən dərin kədər və təəssüf hissi ilə yad edildiyi, bu qətliam nəticəsində həlak olanlara Allahdan rəhmət dilədikləri, onların ailə üzvlərinə və bütün Azərbaycan xalqına başsağlığı verildiyi qeyd olunub.

Qrup üzvləri bir daha dünyanın heç bir yerində bəşəriyyət əleyhinə bu cür cinayətin törədilməməsi üçün Xocalıda həyatını itirən insanların yad olunduğunu, burada törədilən dəhşətli cinayətlərin yadda saxlanılmasını vacib hesab etdiklərini bildiriblər. Həmçinin Xocalı qurbanlarının hər kəsə sülhün dəyərini xatırlatdığını qeyd ediblər.

Bəyanatda, eyni zamanda, Xocalı qətliamının 29-cu ildönümü Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yeni beynəlxalq sülh səylərinin başladılması üçün fürsət kimi qiymətləndirilib. Ermənistana BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərini yerinə yetirərək, Azərbaycan ərazisində hələ də qalan hərbi dəstələri buradan çıxarmağa və bir milyon azərbaycanlı qaçqının evlərinə qayıtması üçün şərait yaratmasına çağırış edilib.//sfera.az

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            516 18.02.21 23:15