Şagirdin başından hicabını açaraq yerə atdığı deyilən məktəb direktoru ilə bağlı RƏSMİ AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |     20:17 Şənbə günü 32 dərəcə isti olacaq  |     20:06 Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin şikayətini təmin etməyib  |     19:57 Yasamalda 16 yaşlı yaşlı qızı avtomobil vurub  |     19:47 Paşinyan: “Biz yaxın onilliklər ərzində Ermənistanın mövcudluğu məsələsini həll edirik”  |     19:35 Çin XİN: NATO Ukrayna böhranına görə birbaşa məsuliyyət daşıyır  |     19:09 “Qəbələ” azarkeşlərini düşündürən məsələyə klub rəsmilərindən CAVAB  |     18:58 Ukrayna daha 140 hərbçisinin meyitini geri qaytarıb  |     18:46 Qəzza üzrə təmas qrupu Səudiyyə Ərəbistanında toplaşacaq  |     18:29 “Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək” - Cümüyə 18 il həbs verildi  |     18:22 Bakının bir rayonunda qaz kəsiləcək  |     18:09 Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”  |     17:59 Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO  |     17:55 Erməni deputat: “Tavuş və Qazax arasındakı ərazidə sərhədin demarkasiyası texniki cəhətdən başa çatıb”  |     17:44 Bəzi tikinti materialları BAHALAŞACAQ  |    

Şagirdin başından hicabını açaraq yerə atdığı deyilən məktəb direktoru ilə bağlı RƏSMİ AÇIQLAMA

Son günlər sosial şəbəkədə məktəb direktorunun şagirdin başından hicabını açaraq onu təhqir etməsinə dair məlumatlar paylaşılır.

İddialara görə, hadisə Abşeron rayonu Novxanı kəndində yerləşən Mehdi Hüseynzadə adına 1 nömrəli məktəbdə baş verib. Məlumatlarda məktəbin direktoru Taliyə Mirzəyevanın tədris ocağına hicabla gələn şagirdləri dərsə buraxmadığı iddia olunur:

“Məktəb direktoru şagirdin hicabını zorla başından açaraq yerə atıb. Buna etiraz edən valideynlər isə direktor tərəfindən təhqir olunublar. Belə ki, T.Mirzəyeva valideynlərin ünvanına “Bura siz hicablılar üçün deyil, hamınızı İrana sürgün etmək lazımdır” kimi ifadə işlədib”.

Məsələ ilə bağlı məktəblə əlaqə saxlamağa çalışsaq da telefonlarımıza cavab verən olmadı.

Məktəb direktoru isə məsələ ilə bağlı xəbər portallarından birinə açıqlamasında ilk olaraq tədris ocağında hicablı şagirdlərin olmadığını deyib. Daha sonra isə 7-ci sinifdə təhsil alan şagirdin başını bağladığını gördüyünü qeyd edib:

“Məktəbimizdə 1 300 şagird təhsil alır, onların da 800 nəfəri qızdır. Ümumiyyətlə, bizim məktəbdə başıbağlı qız şagirdlərimiz və müəllimlərimiz yoxdur. O gün gəlib görürəm ki, 7-ci sinifdəki qız başını bağlayıb. Görəndə ona başını küçədə bağlayıb, məktəbin daxilində hicabını açmasını, dərslərdən sonra yenə bayıra çıxanda bağlayaraq getməli olduğunu dedim”.

Məsələ ilə bağlı Abşeron Rayon Təhsil Şöbəsindən Oxu.Az-a bildirilib ki, Novxanı kənd 1 nömrəli tam orta məktəbdə baş vermiş hadisə ilə bağlı iddialar təhsil şöbəsinin əməkdaşları tərəfindən araşdırılıb:

“Məlum olub ki, iddialarda adı hallanan 7-ci sinif şagirdinin valideyni Q.İ. ilə direktor arasında heç bir insident yaşanmayıb. Valideynin məktəbdən və məktəb rəhbərliyindən heç bir şikayəti yoxdur. Sinif rəhbəri valideyn və şagirdlə görüşüb. Növbəti dərs günündən şagird məktəbdə tədrisinə davam edəcək”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            636 17.02.21 14:37