Konservatoriyanın 73 yaşlı professoru Məmmədağa Kərimov peyvənd barədə: “Heç bir şübhə yox idi” » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:52 Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib  |     17:38 Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”  |     17:26 Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib  |     17:15 COP29-la bağlı iki xəstəxana ayrılıb  |     17:00 Moskva-Orenburq reysi ilə uçan sərnişin təyyarəsi radarlardan itib  |     16:52 Bakı restoranında faciə  |     16:15 Bakıda qadın həkimin bıçaqlanması ilə bağlı bəzi TƏFƏRRÜAT AÇIQLANDI  |     15:56 Vilayət Eyvazovdan Xankəndiyə yeni təyinat  |     15:40 Ermənistanın Azərbaycanla sərhəddəki kəndində torpaq sürüşməsi baş verib  |     15:27 Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO  |     15:21 Yasamalda əməliyyat: Saxlanılanlar var - VİDEO  |     15:09 Almaniya Rusiyadakı səfirini geri çağırıb  |     14:52 Hüseyn Həsənovun vergi orqanlarına 153 milyon borcu var  |     14:51 Mayın 8-də geomaqnit qasırğası gözlənilir  |     14:34 Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı  |     14:23 Hansı şəxslərə 1380 manat veriləcək? - Deputat AÇIQLADI  |     14:22 ABŞ səfiri Şuşaya gedib  |     13:52 Ağdərədə sümük fraqmentləri aşkarlanıb  |     13:51 Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik  |     13:28 Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |    

Konservatoriyanın 73 yaşlı professoru Məmmədağa Kərimov peyvənd barədə: “Heç bir şübhə yox idi”

Yanvarın 18-dən etibarən ölkəmizdə COVID-19 əleyhinə vaksinasiyaya start verilib. İlkin mərhələdə tibb işçilərinin, fevralın 8-dən etibarən 65 yaşdan yuxarı şəxslərin, dörd gün sonra isə polis əməkdaşlarının peyvənd olunmasına başlanılıb. Bugünlərdə dövlət orqanları əməkdaşları da peyvəndlənmə prosesinə cəlb olunublar.

Azərbaycanın Əməkdar İncəsənət Xadimi, Milli Konservatoriyanın professoru Məmmədağa Kərimov və xanımı da məhz fevralın 8-də “Sinovac” peyvəndinin ilk dozasını vurdurublar.

“Mənim 73 yaşım var, 50 ildən çoxdur ki, tələbələrə dərs deyirəm. Fəaliyyətim insanlarla sıx ünsiyyəti tələb etdiyinə görə, mütləq peyvənd olunmalı idim.

Fevralın 8-də həyat yoldaşımla internet üzərindən müvafiq veb saytda qeydiyyatdan keçdik və peyvəndin hansı gündə veriləcəyini öyrəndik. Prosedurdan dərhal əvvəl həkimlər səhhətimizlə maraqlandılar. Yaşlı insanların böyük əksəriyyəti kimi, sağlamlıq problemlərimiz var. Xüsusilə ürək-damar sistemi xəstəlikləri, hipertaniya. Ancaq bunların heç biri peyvənd üçün əks göstəriş deyil. Vaksinasiyadan sonra yan təsirlərin olmadığından əminlik üçün xəstəxanada daha 20 dəqiqə qaldıq. Özümüzü yaxşı hiss edirik. Vaksinasiyanın nəhayət pandemiyaya son qoymasını istərdik”, -deyə M.Kərimov Media.Az-a bildirib.

“Həyat yoldaşımla heç bir şübhəmiz yox idi. Ancaq dostlarımız arasında Azərbaycanda istifadə olunan peyvəndin effektivliyinə inanmayanlar var, xaricdə peyvənd olunmaq istəyirlər. Düşünürəm ki, bu xəstəlik Çində başladığı üçün məhz onlar bu virusla necə davranmağı daha yaxşı bilirlər”, - deyə professor qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            426 16.02.21 19:19