Gəncədə soyğunçuluq edən keçmiş məhkum saxlanıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Gəncədə soyğunçuluq edən keçmiş məhkum saxlanıldı

Gəncə Şəhər Baş Polis İdarəsinin (BPİ) Kəpəz Rayon Polis İdarəsinə (RPİ) bir nəfər azyaşlı şəhər sakinindən ona məxsus mobil telefonu naməlum şəxsin danışmaq üçün alması və daha sonra qaçaraq uzaqlaşması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri peşəkar əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa məxsus mobil telefonu soyğunçuluq yolu ilə mənimsəyən şəxsin, əvvəllər dəfələrlə məhkum olunmuş Əliağa Adıgözəlov olması və Bakı şəhəri istiqamətində hərəkətdə olması müəyyən edilib.
Ə. Adıgözəlov saxlanılaraq RPİ-nə gətirilib və üzərinə baxış keçirilən zaman 1.42 qram çəkitə narkotik vasitə olan heroin aşkar edilib.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edərək mənimsədiyi mobil telefonu satdığını bildirib. Saxlanılan şəxsin digər analoji cinayətlər törədib-törətməməsini müəyyən etmək üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Faktla bağla Gəncə Şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            606 06.02.21 19:39