Türkiyədə üç günlük "Evdə qal!" rejimini pozan 27 mindən çox şəxsə cərimə yazılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:44 "Ordubad” qoruğunun mühafizə zonasının müəyyənləşdirilməsi istiqamətində işlər yekunlaşıb  |     20:36 Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb  |     20:29 Türkiyənin vitse-prezidenti: Azərbaycanda icra olunan layihələrə bundan sonra da dəstək verməyə hazırıq  |     20:23 Süni intellekt və yeni inkişaf meyarları  |     20:14 "Sədərək" sahibinin oğlunun evindən külli miqdarda oğurluq edənin cəzası azaldılıb  |     20:09 Əfqanıstanda hərbçilərə hücum olub, 6 nəfər ölüb, 13 nəfər yaralanıb  |     20:00 Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq  |     19:53 Bu il “ƏDV geri al” layihəsi çərçivəsində 59 milyon manat qaytarılıb  |     19:47 Azərbaycanda dövlət qurumlarına məxsus yeni domenlərin sayı 2 dəfə azalıb  |     19:39 Baydenin İran üzrə xüsusi nümayəndəsini işdən çıxarmasının səbəbi araşdırılır  |     19:33 Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 11 % artıb  |     19:26 ABŞ kəşfiyyatının rəhbərinin İsrailə səfər edəcəyi gözlənilir  |     19:14 Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb  |     19:05 Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış  |     19:04 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək  |     18:49 Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmen külli miqdarda pul mənimsəyib?  |     18:37 Nərimanovdakı bazarda bəzi məhsulların satışına məhdudiyyət qoyuldu  |     18:24 Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı  |     18:14 Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı  |     18:01 Nazir rüşvət almaqda təqsirləndirilən şəxsi işdən çıxardı  |    

Türkiyədə üç günlük "Evdə qal!" rejimini pozan 27 mindən çox şəxsə cərimə yazılıb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində tətbiq olunan məhdudiyyətlərə uyğun olaraq yanvarın 22-də Ankara vaxtı ilə saat 21.00-da qüvvəyə minib 56 saat davam edən "Evdə qal!" rejimini pozduqlarına görə 27 min 839 nəfərə cərimə kəsilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hazırda Türkiyədə "Evdə qal!" rejimi iki mərhələdə aparılır. Həftənin ilk beş günü saat 21-dən başlanan rejim ertəsi gün 05.00-da başa çatır. Cümə günləri eyni saatda tətbiq olunan məhdudiyyət isə 56 saat, bazar ertəsi saat 05.00-a qədər qüvvədə olur.

Qeyd edək ki, Türkiyədə koronavirus infeksiyası ilə mübarizədə əsas ümidlər kütləvi peyvəndləməyədir. Çindən sifariş edilən 50 milyon doza "Sinovac" vaksininin 6.5 milyondan ibarət ikinci hissəsi yanvarın 25-də ölkəyə gətirilib. Ölkə üzrə peyvəndləmə sürətlə aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            447 25.01.21 22:14