ABŞ-da yeni prezidentin andiçmə mərasimi keçiriləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

ABŞ-da yeni prezidentin andiçmə mərasimi keçiriləcək

Bu gün ABŞ-da ölkənin 46-cı Prezidenti demokrat Cozef Baydenin və vitse-prezident Kamala Harrisin andiçmə mərasimi keçiriləcək. Onlar ABŞ və onun konstitusiyasına sədaqət andı içəcəklər.

Vaşinqtonda keçiriləcək builki tədbir bir sıra cəhətlərinə görə öncəki mərasimlərdən fərqlənəcək.

İlk növbədə, pandemiya səbəbindən tədbirdə iştirak edənlərin sayı xeyli az olacaq. Mərasim indiyədək görünməmiş təhlükəsizlik tədbirlərilə müşayiət olunacaq. Bundan əlavə, son 152 ildə ilk dəfə ABŞ-ın sonuncu prezidenti öz xələfinin andiçmə mərasimində iştirak etməyəcək. Tramp bu gün səhər Ağ Evi tərk edərək Floridadakı malikanəsinə köçəcək.

Andiçmə mərasimi Bakı vaxtilə saat 17.45-də Bayden və Harrisin öz həyat yoldaşları ilə birlikdə Vaşinqtondakı Müqəddəs Matfey katolik kilsəsini ziyarət etmələri ilə başlayacaq. Yeni prezident saat 21.00-da Kapitolidəki Konqress binasında and içəcək və gecə yarısından sonra, saat 00.15-də hərbçilərin müşayiəti ilə Ağ Evə gedəcək. Mərasim saat 06.55-də Bayden və Harrisin öz həyat yoldaşları ilə birlikdə Ağ Evin eyvanına çıxaraq ora toplaşanları salamlamaları ilə başa çatacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 239 20.01.21 13:57