“Jurnalistlər binası”ndan verilən 20 mənzil geri alınacaq - SİYAHI HAZIRLANDI » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

“Jurnalistlər binası”ndan verilən 20 mənzil geri alınacaq - SİYAHI HAZIRLANDI

Prezidentin göstərişi ilə jurnalistlər üçün tikilən binada mənzil bölgüsündə ciddi qanun pozuntularına yol verildiyi sübut olunub.

Bakupost.az-a daxil olan məlumata görə, ötən ilin iyulundan başlayan araşdırma artıq yekunlaşıb.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan istintaqa ikinci binadan ev alan əksər jurnalistlər cəlb edilib, onların izahatları alınıb. Hətta bəzi jurnalistlər bir neçə dəfə dindirilib.

Araşdırma nəticəsində məlum olub ki, mənzil verilən 20 nəfər “Jurnalistlər binası”ndan ev almaq üçün müəyyənləşmiş tələblərə uyğun deyil. Bəzilərinin fəaliyyəti orada qoyulan tələblərə cavab vermir, bəzilərinin isə təqdim etdiyi sənədlər saxtadır.

Məsələ ilə bağlı sənədlər toplanıb və aidiyyəti qurumlara təqdim olunub. Saxta yolla əldə edilən mənzillərin geri alınacağı gözlənilir.

Məlumat üçün bildirək ki, qaydaya görə mənzil almaq istəyən jurnalist ən azı son 3 ildə fasiləsiz fəaliyyət göstərən kütləvi informasiya vasitəsi (televiziya və radio yayımçıları, qəzet, jurnal, informasiya agentliyi, internet xəbər portalı və saytı) komissiya tərəfindən müəyyənləşdirilmiş şərtlərə uyğun olaraq, Bakı şəhərində fəaliyyət göstərən əməkdaşlarının namizədliyini irəli sürə bilərdi. Şərtlərə əsasən, televiziya və radio yayımçılarının 10, gündəlik qəzetlər və informasiya agentliklərinin 6, həftəlik qəzetlər, jurnallar, xəbər portalları və saytların isə 3 namizəd müəyyənləşdirə bilmək imkanı vardı.

Namizədliyi verilən KİV əməkdaşı həmin redaksiyada ən azı fasiləsiz üç il, KİV-lərdə isə ən azı fasiləsiz 10 il fəaliyyət göstərməli idi.

Adları Mətbuat Şurasının “qara siyahı”sına daxil edilən, barələrində məhkəmə qərarı olan və qanunvericiliyin tələblərini pozduqlarına görə Baş Prokurorluq tərəfindən xəbərdarlıq almış KİV-lər təqdimat verə bilməzdilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 659 19.01.21 16:46