Teleradio Şurası büdcəyə qaytardığı pulun həcmini açıqladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |     13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |     12:08 Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu  |     12:06 Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı  |     12:03 Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - DOSYE (FOTO)  |     12:00 Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT  |     11:59 Hindistan yükləri Azərbaycan ərazisindən istifadə edərək daşıyacaq  |     11:58 Bakıda sahibsiz itlərin hücumuna məruz qalan yeniyetmənin vəziyyəti AÇIQLANDI  |     11:57 Sabah Şuşaya növbəti köç olacaq  |    

Teleradio Şurası büdcəyə qaytardığı pulun həcmini açıqladı

Milli Televiziya və Radio Şurası (MTRŞ) dövlət büdcəsindən maliyyələşmiş vəsaitdən 39 min 327 manat 52 qəpik vəsaiti büdcəyə qaytarıb.

Bu barədə MTRŞ-nın 2020-ci il üzrə Maliyyə Hesabatında yazılıb.

İllik plana əsasən Dövlət büdcəsindən 1 milyon 364 min 581 manat vəsait ayrılması nəzərdə tutulub. Lakin dürüstləşmiş büdcə kimi dövlət büdcəsindən 1 milyon 326 min 663 manat vəsait ayrılıb.

İl ərzində büdcədən maliyyələşdirilmiş vəsaitin isə 1 milyon 226 min 205 manat 48 qəpiyi aidiyyəti üzrə istifadə olunub..

Prezidentin 22 iyul 2020-ci il tarixli sərəncamına əsasən Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarına “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan MTRŞ-ya üç milyon manat vəsait ayrılıb. Həmin vəsait altı özəl telekanalın hesabına köçürülüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            957 18.01.21 17:30