Azərbaycanda ləğv olunan yarışı Türkiyə keçirməyə razılıq verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:25 Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi  |     21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |     21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |     20:59 Azərbaycanda elektromobillik texnologiyasının genişləndirilməsi üzrə inkişaf strategiyası hazırlanacaq  |     20:50 Daşkəsəndə ev yanıb  |     20:46 Britaniya səfirliyi Gürcüstan vətəndaşlarına viza verilməsini dayandırıb  |     20:28 Göyçay-Ucar yolunda qəza olub, xəsarət alan var  |     20:21 Həbsdə olan vəkil Sümbülə Əliyeva hakimə etiraz edib  |     20:13 Zaqatalada 32 yaşlı kişi intihar edib  |     20:07 "Formula 1" pilotu filmə çəkiləcək  |     19:59 Ukraynada Rusiyaya məxsus helikopter vurulub  |     19:52 "Qarabağ"ın mükafatlandırılacağı stadion bəlli olub  |     19:41 Bu il 46 uşaq övladlığa verilib, 58 uşaq ailələrinə qaytarılıb  |     18:34 Ərdoğan Yunanıstanın Baş nazirini qəbul edəcək  |     18:26 Polşa Belarusla sərhəddəki polad hasarı möhkəmləndirir  |     18:12 Bölgələrdə istirahət etmək istəyənlərin NƏZƏRİNƏ: Evlərin kirayə qiymətləri artıb - VİDEO  |     18:01 Nəsibə Zeynalovanın heç yerdə yayımlanmayan şəkilləri - FOTO  |     17:49 İçkili vəziyyətdə ölümlə nəticələnən qəza törədən qadın sürücüyə cəza verildi  |     17:43 Qobustanda 378 şagirdin oxuduğu məktəb qəzalı vəziyyətdədir - VİDEO  |    

Azərbaycanda ləğv olunan yarışı Türkiyə keçirməyə razılıq verdi

12-14 mart tarixlərində Bakıda keçirilməli olan, lakin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın qapalı zallarda idman yarışlarına qadağa qoyması səbəbindən ləğv edilən karate üzrə Premyer Liqa yarışı Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Bu barədə Oxu.Az-a Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov məlumat verib.

“Mən Bakıda bu yarışı keçirə bilməyəcəyimizi bildikdən dərhal sonra Türkiyə Karate Federasiyasının prezidenti Esat Dəlihasanla əlaqə saxladım. Ona bu yarışı keçirməklə bağlı təklif verdim. Həmkarım da bu təklifimlə razılaşdı. O, həm də Ümumdünya Karate Federasiyasında (WKF) İdarə Heyətinin üzvlərindən biridir.

Bu barədə fikrimi WKF-in prezidenti Antonio Espinosa da bildirmişəm. Onsuz da bir çox ölkələrin karateçiləri Azərbaycana İstanbul vasitəsilə gələcəkdi. İndi onlara da İstanbulda yarışmaq asan olar. Sadəcə, yarışın bizdən alınıb, İstanbula salınması üçün Gənclər və İdman Nazirliyinin rəsmi məktubu lazımdır”.

Qeyd edək ki, analoji hal ötən ilin sonlarında gimnastika idman növündə də baş verib. Dekabrda Bakıda keçirilməli olan idman gimnastikası üzrə Avropa çempionatı Türkiyənin Mersin şəhərinə salınmışdı.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            561 18.01.21 16:56