Mojo.az Banner
21:40 Pakistanda məsciddə törədilmiş terror aktının təşkilatçısı saxlanıldı  |     21:29 Alış-veriş edən 73 yaşlı kişinin ürəyi dayandı - Azərbaycanda  |     21:17 "Qızıl qaya" istirahət mərkəzində yanğın oldu  |     21:06 Ceyhun Bayramov sabiq səfirə yüksək vəzifə verdi (FOTO)  |     20:51 On min manatlıq cehizlik oğurlayan şəxs saxlanıldı  |     20:37 Bir ailənin dörd üzvü dəm qazından zəhərləndi - Sumqayıtda  |     20:36 "Crocus City Hall"dakı terror aktı üzrə məhkəmədə gizli şahidin ifadəsi dinlənildi  |     20:08 Uşaqlar dərsə gəlmir deyən müəllimlə bağlı tədbir görüldü - VİDEO  |     19:59 Ermənistan XİN-də Azərbaycan və Türkiyə ilə münasibətlər müzakirə edilib  |     19:51 Güllələnən müəllimin atası: "Sosial şəbəkədə nə gəldi yazırlar" (VİDEO)  |     19:31 Azərbaycan cüdoçusu finala vəsiqə qazandı  |     19:25 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?  |     19:15 Şəmkirdə qətlə yetirilən qadının öldürülməsinin təfərrüatı  |     19:07 Qubada evdə PARTLAYIŞ: "Azəriqaz" rəisinə cinayət işi açıldı  |     18:57 Çin avtomobilləri nə qədər bahalaşıb? - "Martın sonundək..."  |     18:49 Saxta pasportla Azərbaycana daxil olmağa çalışan Əfqanıstan vətəndaşına hökm oxundu  |     18:36 Günahsız insanları atəşə tutdular - Onlarla ölü  |     18:18 Dubaydan gələn əcnəbi Bakıya enən kimi TUTULDU  |     18:12 Bakıda kafenin tualetindən meyit tapıldı  |     17:55 Bu qanun qüvvəyə mindi - 30 min manat CƏRİMƏ  |    
Left Banner
Right Banner

Məmmədyarovla Rəcəbov şahmat turunda Aronyanla oynayacaq

14.01.2021 23:43 1 365
Məmmədyarovla Rəcəbov şahmat turunda Aronyanla oynayacaq
Şahmat üzrə "Grand Chess Tour"un təqvimi və iştirakçılarının siyahısı müəyyənləşib.

Median.Az
apasport.az-a istinadən bildirir ki, FİDE beş turniri əhatə edəcək turda 10 qrosmeysterin çıxış edəcəyini açıqlayıb.

İştirakçılardan ikisi Azərbaycan şahmatçısıdır. Bunlar Şəhriyar Məmmədyarovla (2770) Teymur Rəcəbovdur (2765). Yalnız ABŞ və Rusiya ölkəmizlə eyni sayda təmsilçiyə malikdir.

Fabiano Karuana (2823) və Uesli So (2770) şimali amerikalıları, Yan Nepomnyaşi (2789) ilə Aleksandr Qrişuk (2777) qonşularımızı təmsil edəcək. Turda Maksim Vaşye-Laqrav (Fransa, 2784), Dinq Liren (Çin, 2791), Aniş Giri (Niderland, 2764) və son turnirlərdə Teymurun "qapazaltı"sına çevrilən Levon Aronyan (Ermənistan, 2781) mübarizə aparacaq.

Şahmat turu həm klassik, həm də rapid və blitsi əhatə edəcək:
1. 3-15 iyun. Buxarest (Rumıniya). "Superbet Chess Classic"
2. 16-23 iyun. Paris (Fransa). "Paris Rapid & Blitz"
3. 5-12 iyul. Zaqreb (Xorvatiya). "Croatia Rapid & Blitz"
4. 9-16 avqust. Sent-Luis, Missuri (ABŞ). "St Louis Rapid & Blitz"
5. 16-28 avqust. Sent-Luis, Missuri (ABŞ). "Sinquefield Cup"скачать dle 11.3