Bakıda karantin qaydalarını pozaraq fəaliyyət göstərən oyun zalı aşkar edilib - FOTO/VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bakıda karantin qaydalarını pozaraq fəaliyyət göstərən oyun zalı aşkar edilib - FOTO/VİDEO
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları Zabrat qəsəbəsində xidmət aparan zaman karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən oyun zalı aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, obyektin fəaliyyəti dərhal dayandırılıb.

Baxış zamanı oranın sahibi vətəndaş Nurlan Əzizli və daha dörd müştəri saxlanılaraq ərazi üzrə Sabunçu PRİ-nin 15-ci Polis Bölməsinə gətirilib. Müştərilər barəsində inzibati qaydada tədbirlər görülərək hər biri 200 manat məbləğində cərimə edilib və onlarla profilaktik söhbətlər aparılıb. Oyun zalının sahibi N.Əzizlinin etdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün barəsində toplanan materiallar məhkəmə orqanına göndərilib.


скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          156 14.01.21 12:25