Mojo.az Banner
16:35 Liseydə müəllimini güllələyən şagird həbs edildi  |     16:16 Bakıda sayğac fırıldağı: Pulları götürüb aradan çıxdı  |     16:12 "Lombard Türkanə" ləqəbli qadına hökm oxundu  |     16:11 Rusiyalı generala qarşı sui-qəsd cəhdi edən şəxs Dubayda saxlanıldı  |     15:42 Bərdədə müəllimin sinif otağından çəkib paylaşdığı video araşdırmaya səbəb oldu (Video)  |     15:25 "Qarabağ" azarkeşlərinə xoş xəbər: Ən bahalı transferini etməyə çox yaxındır - FOTO  |     15:23 Füzulidə icazəsiz tikinti işləri aparan şəxs barəsində tədbir görüldü - Video  |     15:11 Bakıda körpə bacı-qardaş dəm qazından boğularaq öldü  |     15:05 Yaponiyada güclü qar: Ölənlərin sayı artdı  |     15:03 Azərbaycan nefti bahalaşıb  |     15:02 İsmayıllıda maşın 36 yaşlı piyadanı vurdu  |     15:00 Teleaparıcı Alidə Mustafayeva icra başçısı olan həyat yoldaşından ayrılıb?  |     14:16 Bakıda kişi yaşadığı evdə faciəli şəkildə öldü  |     14:11 Sülh Şurasının ilk iclasının vaxtı bəlli oldu  |     14:10 Şəmkirdə evdən qadın meyiti tapıldı  |     14:08 Klaviatura ilə işləyənləri gözləyən təhlükə  |     14:07 BMW öz avtomobillərində bir neçə funksiyanı ödənişli edəcək  |     14:05 Azərbaycana idxal olunan mobil telefonların maya dəyəri artıb - Video  |     14:03 ANS-in "Böyük Seva"sı ağır əməliyyat olundu  |     13:56 Böyük Britaniya Kiprə qırıcı təyyarələr yerləşdirdi: Səbəb İrandır  |    
Left Banner
Right Banner

Millimizin kapitanına vəzifə verildi

07.01.2021 18:00 1 413
Millimizin kapitanına vəzifə verildi
Məlum olduğu kimi, sərbəst güləş üzrə millimizin kapitanı Cəbrayıl Həsənov idmançı karyerasını başa vurub.

Titullu güləşçimiz bundan sonra məşqçi kimi fəaliyyət göstərəcək. Belə ki, Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyevin müvafiq əmrinə əsasən, Cəbrayıl Həsənov sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın böyük məşqçisi vəzifəsinə təyin olunub. Bu komandada Rövşən Hacıyev, Nazim Əlicanov və Əşrəf Əliyev məşqçi kimi fəaliyyətini davam etdirəcək.

Bu gün Namiq Əliyev gənc mütəxəssisə idmançı kimi göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona yeni vəzifəsində uğurlar arzulayıb. Federasiyanın rəhbəri bundan sonra sərbəst güləş üzrə böyüklər ibarət yığma komandanın kapitanının Şərif Şərifov olacağını bildirib.

Xatırladaq ki, Cəbrayıl Həsənov Rio Olimpiadasında bürünc medal qazanmaqla yanaşı, 2 dəfə dünya ikincisi, 3 dəfə Avropa çempionu, ilk Avropa Oyunlarının bürünc medalçısı olub. Həsənov ümumilikdə dünya və Avropa çempionatlarında 12 dəfə fəxri kürsüyə qalxıb.скачать dle 11.3