Bu il Azərbaycanın yataqlardakı neft və qaz hasilatından əldə edəcəyi gəlir açıqlandı - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:53 FIFA Türkiyə klubuna ağır cəza verdi  |     13:23 Sabah yenə yağış yağacaq - PROQNOZ  |     13:22 XİN rəhbəri: Azərbaycan Malta ilə ikitərəfli əməkdaşlığı genişləndirməyə hazırdır  |     13:13 Ukrayna Xarkovdan minlərlə insanı təxliyə etdi: Rusiya bölgədə irəliləyir  |     12:48 Azərbaycan iqtisadiyyatı 4 % artıb  |     12:46 Türk konsulu qətlə yetirən ASALA terrorçusu İrəvanda saxlanılıb - VİDEO  |     12:38 Hindistanda reklam lövhəsinin uçması nəticəsində ölənlərin sayı artdı  |     12:38 Azərbaycan XİN İsraili təbrik etdi  |     12:35 UEFA qərar verdi: Futbolda yeni qaydalar tətbiq olunacaq  |     12:35 Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib  |     12:34 Elşad Hacıyev: “Kibertalama riskləri artır, hər kəs diqqətli olmalıdır”  |     12:33 Dövlət Departamenti Azərbaycan və Ermənistanın tez bir zamanda sülh razılaşmasına nail olmasını dəstəkləyir  |     12:30 Bakıda sürücü ilə sərnişinlər arasında pandus mübahisəsi - RƏSMİ AÇIQLAMA (VİDEO)  |     12:25 Minimum əməkhaqqı nə qədər arta bilər? - AÇIQLAMA  |     12:24 Oğuzda 14 kəndin internet təminatı kəsildi - SƏBƏB  |     12:02 Çörəyin içərisindən taxta parçası ÇIXDI: Zavod CƏZALANDIRILDI - RƏSMİ  |     12:00 Göyçayda sel: Çay yatağı zibillə dolub-daşdı - VİDEO  |     11:59 Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK  |     11:57 Təhsil kreditləri alanların siyahısı genişləndirildi - YENİLİK  |     11:55 Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı QƏRAR  |    

Bu il Azərbaycanın yataqlardakı neft və qaz hasilatından əldə edəcəyi gəlir açıqlandı - FOTO

Dövlət Neft Fondu tərəfindən təqdim edilən məlumata əsasən 2021-ci ildə Azəri-Çıraq-Günəşli yatağında xam neft hasilatının həcmi 171,6 milyon barel olması proqnozlaşdırılır.

Bu barədə Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcə layihəsinə rəyində məlumat verilib.

Bu, hasilatın aşağı düşməsi səbəbindən 2020-ci ilin göstəricisinə (174,6 milyon barel) nisbətən 3 milyon barel azdır.

2021-ci ildə mənfəət neftinin və qazın satışı üzrə Fondun daxilolmaları 3 milyard 787,84 milyon ABŞ dolları və ya 6 milyard 439 325,7 min manat olması proqnozlaşdırılır ki, bu da manat ifadəsilə 2020-ci ilin proqnoz və gözlənilən icra göstəricisindən müvafiq olaraq 207,6 milyon manat və ya 3,1 faiz və 99,3 milyon manat və ya 1,5 faiz azdır.

Dövlət Neft Fondunun 2021-ci il büdcə layihəsində Fonda mədaxil olunması üçün satılması proqnozlaşdırılan mənfəət neftindən və qazdan əldə olunacaq məbləğ müəyyən edilərkən aşağıdakı yataqlardakı neftin və qazın hasilatından Azərbaycan dövlətinin payına düşən mənfəət neftinin və qazın miqdarı və SOCAR tərəfindən Cənub Qaz Dəhlizi və Cənubi Qafqaz Boru Kəməri layihələri üzrə ARDNF-yə gözlənilən ödənişlər (dividendlər) nəzərə alınıb:



Əməliyyat şirkətlərinin təqdim etdiyi rəsmi məlumatlara əsasən Neftçala, Xıllı, Durovdağ Babazanan yataqları üzrə, habelə Qobustan yataqları üzrə xam neftin 40 ABŞ dolları qiyməti ilə mənfəətin yaranmaması, Muradxanlı-Cəfərli-Zərdab yatağı üzrə layihəyə xitam verilməsi ilə əlaqədar olaraq müvafiq ödənişlərin olmaması proqnozlaşdırılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            597 05.01.21 20:52