Erməni Sergey Danilyan: “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir!” » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?  |     22:49 Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)  |     22:36 “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib  |     22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |    

Erməni Sergey Danilyan: “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir!”

Rusiyalı prodüser Sergey Danielyanın “Facebook” sosial şəbəkəsindəki şəxsi profilində paylaşdığı yazısı Azərbaycan ictimaiyyətinin diqqətini çəkib.

O, paylaşımında Azərbaycan Respublikasının Prezidentini ad günü münasibətilə təbrik edib.

Media.Az S.Danielyanla əlaqə yaradaraq onunla həmsöhbət olub.

Məlum olub ki, prodüser Bakı şəhərində doğulub.

O, öz müsahibəsində Azərbaycanla bağlı xatirələrini bölüşüb. Həmçinin Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini və Müslüm Maqomayevlə tanışlığından danışıb.

Tanınmış prodüser əvvəl məsələnin tarixinə diqqət yetirməyin vacib olduğunu söyləyib.

“Burada iki əsas məqam var: emosional və hüquqi. Emosional tərəfi ilə əlaqədar hər şey çox sadədir. Bu tarixi proseslərdə ən çox əziyyət çəkən biz, Bakı erməniləri oldu. Biz Bakıda gözəl yaşayırdıq, uşaqlığımda hamımız özümüzü bakılı hesab edirdik. Belə bir millət var idi - bakılılar. Dostlarımın azərbaycanlı valideynləri mənimlə öz övladları kimi davranırdılar. Hamımız Bakını sevirdik və Qarabağ ətrafında bu təlaş başlayana qədər xoşbəxt idik”, - deyə S. Danielyan xatirələrini danışarkən qeyd edib.

O bildirib ki, daha sonra yalnız təsəvvür edilə biləcək ən pis hadisələr baş verdi və məhz İrəvan və Qarabağ erməniləri onların həyatına zərbə vurdular.

“Onların öz məqsədləri var idi, bizim haqqımızda düşünmürdülər. Yaxud da ən dəhşətlisi: düşünürdülər, ancaq hesab edirdilər ki, onların həll etdiyi işlər bizim həyatımızdan daha vacibdir.

Sonra hər şey kədərli bir ssenariyə uyğun getdi - başqa bir çıxış yolu olmadığından ermənilər Azərbaycandan köçməyə başladı. Bakı erməniləri Ermənistana getmədilər – biz orada heç kimə lazım deyildik. Özümüz də ora getmək istəmirdik. Bu münaqişəyə səbəb olduqları üçün Ermənistan ermənilərini lənətləyirdik. Bakılılar İsrailə, ABŞ-a getdilər...Amma çoxu Rusiyaya köçdü. Bir çox Bakı ermənisi Ermənistanın Qarabağ uğrunda apardığı müharibəni lənətləyirdi, ancaq bunu öz daxilimizdə edirdik. Heç kim açıq şəkildə “özünkülərlə” konfliktə daxil olmaq istəmirdi. Hərçənd ki, hansı özümüzkülərdən söhbət gedir... Emosional komponent bax budur... Burası aydındır...

Ancaq məsələnin hüququ tərəfinə gəlincə - hər şey çox sadədir. Beynəlxalq hüququ anlayanlar azdır. Mahiyyəti anlamadan özlərini tamamilə duyğusal şəkildə ifadə edirlər. Sizin icazənizlə mən bu zənciri qurum. Bəzi xalqların etmək istədiyi kimi tarixdə sonsuza qədər uzağa getmək olmaz. Bu, mənasızdır və axmaqlıqdır! Rusiya Alyaskanı geri istəyə bilərmi?! Xeyr. Yaxud, təsəvvür edin İtaliya Roma imperatorluğunun bütün fəth etdiyi ərazilərin qaytarılmasını tələb edir. Sizcə bu realdır? Əlbəttə ki, bu cəfəngiyatdır”, deyə erməni əsilli prodüser vurğulayıb.

S. Danielyan əlavə edib ki, II Dünya müharibəsindən sonra BMT yaradılıb, dövlətlərin sərhəd toxunulmazlığına dair beynəlxalq hüquqi sənədlər təsdiq edilib və mövcud dünya düzəni formalaşıb:

“Bütün bu sənədlər təşkilata üzv olan ölkələr tərəfindən imzalanmışdı. İki qonşu dövlətin bir-birin sərhədlərini dəyişdirməsi yalnız demokratik yolla əldə edilən qarşılıqlı razılıq halında mümkündür. Sadəcə bu qədər!

Beləliklə, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu tamamilə aydındır. Bütün mübahisələrə son verilməlidir! Ən ədalətli olan budur! Bir sözlə, Qarabağ Azərbaycana məxsusdur. Siyasi təzyiqlər alınmadı. Danışıqlar heç bir nəticə vermədi və aldıqları şəkildə geri qaytarmaq məcburiyyətində qaldılar. Hər şey ədalətli oldu. Ümumiyyətlə, siz bir söz söyləyəcəyəm: əgər qışqırmasan, əksinə düşünüb beynini işə salsan, onda hər şey tamamilə aydın olar. Ədalət zəfər çaldı. Burada əlavə ediləsi nə var? Ermənistan tərəfi bununla barışmayıb və öz planlarını hazırlayır. Hər şeyə hazır olmaq lazımdır. Ancaq sizin Prezidentiniz nə etdiyini yaxşı bilir”,

“Azərbaycanı dəstəklədiklərinə görə ermənilər tərəfindən təzyiqlərlə məruz qalmısızmı?” sualına cavab verən tanınmış prodüser bildirib ki, “Facebook” səhifəsində müəyyən təzyiqlərlə üzləşib.

“Gücsüz qəzəb insanı öldürür. Çalışıram ki, onlarla ünsiyyət qurmayım. Bir təqaüdçü üçün çətin deyil (gülümsəyir).”скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            822 29.12.20 21:15