Rusiyada qocalar evində yanğın: 11 nəfər öldü - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Rusiyada qocalar evində yanğın: 11 nəfər öldü - VİDEO

Rusiyanın Başqırdıstan respublikasında qocalar evində yanğın baş verib. Xilasedicilər hadisə yerində 11 nəfərin cəsədini aşkar ediblər.

Bu barədə TASS Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Hadisə Abzelilovski rayonunun İşbuldino kəndində baş verib.

Nazirlikdən verilən məlumata görə, hadisənin baş vermə səbəbləri və şərtləri müəyyənləşdirilir.

Abzelilovski rayon administrasiyasının rəhbəri İldar Nafikov hadisə ilə əlaqədar bölgədə fövqəladə rejim tətbiq olunduğunu deyib. Onun sözlərinə görə, yanğın 1960-cı illərdə inşa edilmiş, 16 nəfərin olduğu binada baş verib.

Beş nəfərin xilas edildiyi bildirilir.

İlkin məlumatda qeyd olunur ki, hadisə ehtiyatsızlıqdan baş verib.

“Müxtəlif versiyalar nəzərdən keçirilir. Bunların arasında naqillərdəki nasazlıqlar və insan faktoru var. Bəlkə də kimsə yataqda siqaret yandırıb”, - deyə bildirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 050 15.12.20 13:53