Prezident: “Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa, yeni platformada yer ala bilərlər” » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:04 Bank borcunu "sildirmək" neçəyədir? - VİDEO  |     11:54 "Barselona" klubunun baş məşqçisi iki oyunluq cəzalandırılıb  |     11:46 Ərdoğan Somali və Efiopiyanı barışdırdı  |     11:39 DİN ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar paylaşım edib - VİDEO  |     11:37 Tehran dünyada ən çirkli şəhər elan olundu  |     11:34 SSRİ-nin Xalq artisti vəfat etdi  |     11:31 Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə CANINA QƏSD ETDİ  |     11:17 Ümummilli lider Heydər Əliyevin anım günüdür  |     23:09 Meksika körfəzində delfinlərin bədənində narkotik tapıldı  |     22:55 Sosial şəbəkələr çökdü  |     22:49 Samuxda yanğın: Yeddi nəfərlik ailə evsiz qaldı  |     22:26 İrəvandan Bakıya təyyarə uçub - Göyərtədə kimlər olub?  |     21:57 Tbilisidə yenidən aksiya keçirilir  |     21:47 Özbəkistan Mərkəzi Bankının rəhbəri vəzifəsindən azad edilib  |     21:35 Vəzifəli şəxslər 1 milyonu aralarında belə bölüblər  |     21:26 Əsəd Suriyadan necə qaçıb? - Detallar açıqlandı  |     21:20 "Bayramqabağı düyü yenidən bahalaşacaq" (AÇIQLAMA)  |     21:13 Bu ərazilərdə böyük söküntü olacaq - Tarix və kompensasiya  |     21:05 Tarixi kəşf: Müqəddəs Nikolay kilsəsində Sarkofaq tapıldı  |     21:00 Gələn ildən sığorta hissəsi 9% yüksələcək pensiyalar neçə manat artacaq? - VİDEO  |    

Prezident: “Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa, yeni platformada yer ala bilərlər”

“Biz bölgədə yeni bir əməkdaşlıq platforması yaratmalıyıq. Artıq ilkin bəyanatlar verilib. Bu, çoxtərəfli platforma ola bilər. Bu əməkdaşlıq platformasında iştirak edən bütün bölgə ölkələri bundan ancaq faydalana bilər”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

“Ənənəvi Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı var. Eyni zamanda Azərbaycan-Rusiya-İran əməkdaşlığı, Türkiyə-Rusiya-İran əməkdaşlığı var. Bütün bu əməkdaşlıq platformalarını ümumiləşdirib vahid platforma kimi təqdim edə bilərik. Əgər Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa, öz əsassız iddialarından əl çəkərsə və gələcəyə baxarsa, o zaman onların da bu platformada yeri ola bilər. Biz buna açığıq. Müharibədən sonra Azərbaycanın mövqeyi və verilən bəyanatlar bunu deməyə əsas verir. Biz bu səhifəni bağlamalıyıq. Biz bu ədavətə son qoymalıyıq. Bunun təşəbbüskarı biz olmamışıq. Biz sadəcə olaraq 30 il ərzində beynəlxalq təşkilatlardan dəstək gözləyirdik. Minsk qrupundan dəstək gözləyirdik. Gözləyirdik ki, onların qəbul etdikləri BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilsin, ancaq bu olmadı. Sadəcə nə hərb, nə sülh vəziyyəti, status-kvo davam edirdi. Biz hərbi yollarla bu status-kvonu dəyişdirdik, düşməni torpaqlarımızdan çıxardıq. Onlara çox böyük zərbə vurduq. Onların əsas ideoloji sütunlarını məhv etdik. Ondan sonra söylədik ki, əməkdaşlığa hazırıq. Biz yeni əməkdaşlıq formatı təşkil etməklə gələcəkdə bölgəmizdə müharibə riskini sıfıra endirə bilərik”, - dövlət başçısı qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            657 10.12.20 18:49