Zaxarova Naxçıvana dəmir yolu çəkilməsindən danışdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:48 Erməni neonasistləri ölkədə öz reyxlərini qurmaq istəyirlər  |     12:47 Moskvada MDB və Aİİ ölkələrinin baş nazirlərinin iclası keçirilir (YENİLƏNİR)  |     12:38 Leyla Əliyeva ulu öndərlə bağlı paylaşım edib - VİDEO  |     12:04 Bank borcunu "sildirmək" neçəyədir? - VİDEO  |     11:54 "Barselona" klubunun baş məşqçisi iki oyunluq cəzalandırılıb  |     11:46 Ərdoğan Somali və Efiopiyanı barışdırdı  |     11:39 DİN ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar paylaşım edib - VİDEO  |     11:37 Tehran dünyada ən çirkli şəhər elan olundu  |     11:34 SSRİ-nin Xalq artisti vəfat etdi  |     11:31 Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə CANINA QƏSD ETDİ  |     11:17 Ümummilli lider Heydər Əliyevin anım günüdür  |     23:09 Meksika körfəzində delfinlərin bədənində narkotik tapıldı  |     22:55 Sosial şəbəkələr çökdü  |     22:49 Samuxda yanğın: Yeddi nəfərlik ailə evsiz qaldı  |     22:26 İrəvandan Bakıya təyyarə uçub - Göyərtədə kimlər olub?  |     21:57 Tbilisidə yenidən aksiya keçirilir  |     21:47 Özbəkistan Mərkəzi Bankının rəhbəri vəzifəsindən azad edilib  |     21:35 Vəzifəli şəxslər 1 milyonu aralarında belə bölüblər  |     21:26 Əsəd Suriyadan necə qaçıb? - Detallar açıqlandı  |     21:20 "Bayramqabağı düyü yenidən bahalaşacaq" (AÇIQLAMA)  |    

Zaxarova Naxçıvana dəmir yolu çəkilməsindən danışdı

“Üç ölkə liderlərinin 9 noyabr tarixli bəyanatının 9-cu bəndinə görə, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri maneəsiz hərəkət edəcək”.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Ermənistan hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və malların maneəsiz hərəkəti üçün Azərbaycan Respublikasının qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə zəmanət verir:

“Nəqliyyat kommunikasiyasına nəzarət Rusiyanın FSB sərhəd xidməti tərəfindən həyata keçirilir. Tərəflərin razılığı ilə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas ərazisi ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin ediləcəyi də razılaşdırılıb”.

Zaxarova eyni zamanda Naxçıvanla Azərbaycan arasında birbaşa yol çəkilməsi məsələsinə də toxunub:

Bildiyiniz kimi, iqtisadi əlaqələrin blokdan çıxarılması, yeni kommunikasiyaların inşası uzun müddətli hadisədir, buna bir çox ixtisaslaşmış strukturları cəlb etmək lazımdır və əsas məsələlər, bildiyimiz qədərilə, bunun üçün xüsusi mexanizmlər yaratmış Azərbaycan və Ermənistan səlahiyyətliləri tərəfindən həll ediləcək”.

O, bildirib ki, bu gün ən ümidverici istiqamət dəmir yolu nəqliyyatının bərpasıdır. Bu istiqamətdə rusiyalı mütəxəssislərin köməyi ilə Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun sərhəd hissələrində, eləcə də Ermənistan sərhədinə bitişik olan dəmir yolu xətlərində ilkin araşdırma aparılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            528 10.12.20 18:37