Xudavəngin vaizindən ermənilərlə monastırda yaranmış mübahisə ilə bağlı AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |     20:17 Şənbə günü 32 dərəcə isti olacaq  |     20:06 Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin şikayətini təmin etməyib  |     19:57 Yasamalda 16 yaşlı yaşlı qızı avtomobil vurub  |     19:47 Paşinyan: “Biz yaxın onilliklər ərzində Ermənistanın mövcudluğu məsələsini həll edirik”  |     19:35 Çin XİN: NATO Ukrayna böhranına görə birbaşa məsuliyyət daşıyır  |     19:09 “Qəbələ” azarkeşlərini düşündürən məsələyə klub rəsmilərindən CAVAB  |     18:58 Ukrayna daha 140 hərbçisinin meyitini geri qaytarıb  |     18:46 Qəzza üzrə təmas qrupu Səudiyyə Ərəbistanında toplaşacaq  |     18:29 “Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək” - Cümüyə 18 il həbs verildi  |     18:22 Bakının bir rayonunda qaz kəsiləcək  |     18:09 Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”  |     17:59 Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO  |     17:55 Erməni deputat: “Tavuş və Qazax arasındakı ərazidə sərhədin demarkasiyası texniki cəhətdən başa çatıb”  |     17:44 Bəzi tikinti materialları BAHALAŞACAQ  |     17:33 Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO  |     17:12 Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq  |     17:04 Bakıda qıza görə dava: yeniyetmə bıçaqlandı  |     16:58 Geyiminə görə mağazadan qovuldu - Bakıda qəribə hadisə (VİDEO)  |    

Xudavəngin vaizindən ermənilərlə monastırda yaranmış mübahisə ilə bağlı AÇIQLAMA

“Dünən Kəlbəcər rayonundakı Xudavəng monastırını ziyarətə gedərkən gözləmədiyimiz halda erməni keşişlərlə qarşılaşdıq”.

Bunu Trend-ə açıqlamasında Xudavəng monastırının vaizi Rafiq Danakari deyib.

O bildirib ki, monastrda olan erməni keşişlər onların ziyarətimizə mane olmaq istəsələr də, buna nail ola bilməyiblər:

“Müəyyən müddət onlar bizim ziyarətimizə mane olmaq istədilər. Monastrda çəkiliş aparmağa qadağa qoymaq istəyirdilər. Biz onları başa saldıq ki, monastr ermənilərə aid deyil, biz udinlərindir.

Biz onlara sübut etdik ki, monastırı onlar 1993-cü ildə zəbt ediblər. Faktlar göstərdik ki, onlar monastırda, kilsələrdəki bütün əşyaları məhv ediblər. Dekabrın 4-ü, həmçinin, xristianların bayramıdır.

Biz ona görə getmişdik ki, monastrda şam yandıraq, ziyarət edək. Erməni keşişlərin mane törətməsinə baxmayaraq, biz ziyarətimizi elədik, şamlar yandırdıq və monastırda çəkilişlər də etdik”.

Vaiz bildirib ki, səfər zamanı onlar monastırda erməni keşişlərin olmasına da etiraz edib və bunu Rusiya sülhməramlılarına deyiblər:

“Biz etiraz etdik ki, Azərbaycan ərazisində erməni keşişlərin nə işi var? Sülhməramlılar isə onların müvəqqəti olaraq burda qaldıqlarını bildirdilər”.

R.Danakari deyib ki, hazırda Azərbaycanda 400-ə yaxın Alban kilsəsi var və onların hamısını ziyarət edəcəklər:

“Bizim işğaldan azad edilən ərazilərimizdə də kilsələr var. 300-dən çox kilsə Qarabağ bölgəsindədir. Onların hər birini ziyarət edəcəyik. Ermənilər işğal etdikləri ərazilərimizdə olan kilsə və monastırlardakı bütün tarixi əşyaları və ədəbiyyatı məhv ediblər, Alban kilsələrinə, monastırlara erməni xaçı quraşdırıblar”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            945 05.12.20 15:46