Mojo.az Banner
20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |     18:43 Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru  |     18:37 Qanunsuz saxlanılan 16 tüfəng aşkarlandı  |     18:30 Bazar günü hava necə olacaq?  |     18:24 Pakistanda məscidin yaxınlığında törədilən terrorda ölənlərin sayı artdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazirlik sosial şəbəkələrdəki ağac əkilməsi ilə bağlı narazılıqlara aydınlıq gətirdi - FOTO

19.11.2020 22:20 2 097
Nazirlik sosial şəbəkələrdəki ağac əkilməsi ilə bağlı narazılıqlara aydınlıq gətirdi - FOTO
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova sosial şəbəkələrdə və bəzi saytlarda Füzuli və Zəngilanda əkilən Şərq çinarının yerinə şam ağaclarnın əkilməsi ilə bağlı yayılan fotoya aydınlıq gətirib.

Nazirlik rəsmisinin sözlərinə görə, işğaldan azad olunmuş Füzuli və Zəngilanda ağacəkmə aksiyaları keçirilib. Əkilən ağaclar təbii şəraitə uyğun və yerli ağac cinslərindən olub, yəni füsunkar Qarabağ bölgəsinin relyefinə və iqliminə uyğun Şərq çinarları əkilib, yerli palıd cinsindən olan toxumlar səpilib.

İ.İbrahimova bildirib ki, sosial şəbəkədə və bəzi saytlarda Qarabağda ağac əkilməsini yayımlayarkən yanlışlıqla Abşeronda və digər ərazilərdəki ağacəkmə aksiyalarında şam və sərv ağaclarının əkini olan fotolar yerləşdirilib:

“Bu da haqlı olaraq izləyicilərin narazılığına səbəb olub. Şəklə görə şərh verilib ki, niyə şam və ya sərv ağacları əkilib? Əslində isə belə deyil, Zəngilan və Füzuli rayonlarının ərazisində Şərq çinarları əkilib. Bu cür kampaniyalar Qarabağın digər ərazilərində də davam edəcək”.

скачать dle 11.3
Mojo.az Banner