Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Semyon Uralov: “Paşinyan heç olmasa çox sayda insanın ölümünə görə mühakimə edilməlidir" - MÜSAHİBƏ

17.11.2020 21:17 3 555
Semyon Uralov: “Paşinyan heç olmasa çox sayda insanın ölümünə görə mühakimə edilməlidir
“Mən heç vaxt Azərbaycanda olmamışam, ancaq Ermənistanda olmuşam. Burada mənimlə Qarabağ münaqişəsi barədə danışmağa çalışdılar. Mən həmişə vəziyyətə qarşı tərəfin gözü ilə baxmağı təklif etdim. Azərbaycan SSR məğlub oldu. Bakıda ittifaq mərkəzinin köməyinə ümid edirdilər, İrəvan isə Sovet İttifaqından çıxmaq yolunu tutdu. İndi Ermənistan milli alçalmanı yaşayır, vəziyyət kökündən dəyişib”.

Bu sözləri Media.Az-a müsahibəsində rusiyalı politoloq, SONAR-2050 analitik layihəsinin şef-redaktoru Semyon Uralov deyib.

“Rusiyada ümid edirlər ki, mövcud atəşkəs uzunmüddətli bir sülh olacaq və yeni müharibə mərhələsinə keçməyəcək. İndi nə baş verdi? “Kazan formulu” və “Madrid prinsipləri” üzrə razılaşmaların həyata keçirilməsi yalnız hərbi yolla mümkün oldu. Bununla yanaşı, Azərbaycan yalnız yeddi rayonu deyil, həm də Şuşanı, Hadrutu və Qarabağın dağlıq hissəsindəki digər yaşayış məntəqələrini də azad etdi. Eni beş kilometr olan Laçın dəhlizi saxlanılır və Zəngəzur vasitəsilə “kontinental” Azərbaycanla Naxçıvan arasında dəhliz açılır.

Ermənistanda böhrandır, çox sayda bəyanatlar, qışqırıqlar və fəryadlar eşidiləcək. Lakin buna diqqət yetirməyin bir anlamı yoxdur. Razılaşmaların yerinə yetirilməsinin əsas qarantı Rusiyadır. Ermənistan əhalisinin yarısı olmasa da, ən azı üçdə biri bizim ərazimizdə yaşayır. Azərbaycanlılar da çoxdur. Rusiyada Azərbaycan və erməni əsilli artistlər, alimlər, oliqarxlar var. Xalqlarımız yüzillərdir bir-biri ilə inteqrasiya olunub. Bütün bunlar yekun həllə kömək edəcək”, - deyə ekspert bildirib.

Ekspert həmçinin Nikol Paşinyanın son günlər yenidən Qarabağın müstəqilliyinin tanınması ilə bağlı köhnə ritorikasına qayıtması barədə sualı da cavablandırıb:
“Bu, hər zaman erməni tərəfinə işarə etdiyim şizofreniyadır. Özün etmədiyini başqalarından tələb etmək olmaz. Ermənistanın qəti bir mövqeyi yoxdur, bu səbəbdən də Paşinyan kimi Sorosun tör-töküntülərinin hakimiyyətə gəlməsi mümkün olur. Bakıda Ermənistanın baş nazirinə tamamilə düzgün qiymət verildi. Qafqazda öz sözlərinə görə cavab vermək lazımdır, Nikol Paşinyan isə zəiflik və iradəsizlik üzündən öz sözlərinə görə cavab vermir. Şəxsi fikrim budur ki, Paşinyan heç olmasa çox sayda insanın ölümündə günahkar olduğuna görə mühakimə olunmalıdır”.

Son xəbərlər